• cümə, 29 Mart, 15:17
  • Baku Bakı 14°C

Naxçıvanın Əməkdar müəllimi fərxi adına layiq görülən təhsil işçilərinin sayı açıqlanıb

05.10.19 16:00 486
Naxçıvanın Əməkdar müəllimi fərxi adına layiq görülən təhsil işçilərinin sayı açıqlanıb
Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində çalışan müəllimlərdən 117-si "Azərbaycan Respublikasının Əməkdar müəllimi”,187-si isə "Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adlarına layiq görülüb,108müəllim "Tərəqqi” medalı ilə təltif olunub.
Bu barədə "Report" muxtar respublikanınTəhsil Nazirliyinə istinadən xəbər verir.
Qeyd edilir ki, muxtar respublikada müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb. Ali Məclis sədrinin müvafiq sərəncamlarına əsasən bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü1,5, vəzifə maaşı2dəfə, cari il sentyabrın 1-dən isə bu kateqoriyadan olan müəllimlərin aylıq vəzifə maaşları əlavə olaraq orta hesabla20faiz artırılıb. Həyata keçirilən tədbirlər müəllim nüfuzunu artırıb, onlar arasında sağlam rəqabəti və motivasiyanı gücləndirib, təhsilin keyfiyyət göstəricilərinin əhəmiyyətli şəkildə yüksəlməsinə səbəb olub.
Qeyd edək ki, bu gün Beynəlxalq Müəllimlər Günüdür. 5 oktyabr Azərbaycanda müəllimlərin peşə bayramıqeyd olunur.
banner

Oxşar Xəbərlər