• cümə, 29 Mart, 15:56
  • Baku Bakı 14°C

Naxçıvanda uzunömürlülük müddəti artıb

29.11.19 11:06 377
Naxçıvanda uzunömürlülük müddəti artıb
2010-cu ildən 1 yanvar 2019-cu il tarixədək Naxçıvan Muxtar Respublika Xəstəxanası, Kardioloji Mərkəz, Yoluxucu Xəstəliklər Mərkəzi, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Babək, Ordubad, Kəngərli və Sədərək Rayon Mərkəzi xəstəxanaları olmaqla, ümumilikdə, 13 xəstəxana, 37 həkim ambulatoriyası, 53 feldşer-mama məntəqəsi və digər səhiyyə obyektləri tikilərək və ya yenidən qurularaq istifadəyə verilib.
"Report" Naxçıvan Muxtar RespublikasıDövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, muxtar respublikada əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə hələ 2018-ci ilin yanvarından Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb.
Qeyd edilir ki, əhalinin sağlamlığının qorunması üzrə həyata keçirilən mühüm tədbirlər əsas demoqrafik göstərici olan doğulanda gözlənilən ömür uzunluğunun artımına təkan verib. Belə ki, 2010-cu ildə muxtar respublikada doğulanda gözlənilənömür uzunluğu75,1yaş, o cümlədən kişilərdə73,2,qadınlarda isə76,9yaş təşkil edirdisə, son illər bu göstərici78,6,o cümlədən kişilərdə76,6,qadınlarda isə80,5yaş səviyyəsində olub.
banner

Oxşar Xəbərlər