• cümə, 19 Aprel, 22:33
  • Baku Bakı 24°C

Naxçıvanda ümumi daxili məhsul istehsalı 1 milyard 246 milyon manatı ötüb

21.07.18 11:45 404
Naxçıvanda ümumi daxili məhsul istehsalı 1 milyard 246 milyon manatı ötüb
Naxçıvan muxtar Respublikasında 2018-ci ilin yanvar-iyun aylarında ümumi daxili məhsul istehsalı 1 milyard 246 milyon 624 min manatdan artıq olub ki, bu da bir il öncəki müvafiq göstəricidən 1,4 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artaraq 2748 manatı ötüb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika KomitəsindənAZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ümumi daxili məhsulun tərkibində ilk yeri 30,1 faizlə sənaye tutub və maddi istehsalın payı 57,6 faiz təşkil edib. 2018-ci ilin yanvar-iyun aylarında muxtar respublikada 536 milyon 780 min manat dəyərində sənaye məhsulu istehsal olunub ki, bu da əvvəlki ilin müvafiq dövründəki göstəricini 1,4 faiz üstələyib.
Sənaye məhsulu istehsalının 95,9 faizi malların, 4,1 faizi isə xidmətlərin payına düşüb. İstehsal olunan sənaye məhsulunda özəl sektorun payı 95,8 faiz olub.
banner

Oxşar Xəbərlər