• cümə, 26 Aprel, 18:44
  • Baku Bakı 22°C

Naxçıvanda qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 35 əcnəbi aşkarlanıb

07.04.19 12:18 519
Naxçıvanda qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 35 əcnəbi aşkarlanıb
İlin birinci rübündə Naxçıvan Muxtar RespublikasıDövlət Miqrasiya Xidmətitərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan35 əcnəbiaşkarlanıb.
"Report" Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin əcnəbilər barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Ümumilikdə, ötən dövrdə Dövlət Miqrasiya Xidmətinə daxil olan 1642 müraciətdən 1359-u əcnəbilərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması,178-i əcnəbilərə respublikada müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, 2-si müvəqqəti yaşamaq üçün icazənin yenidən rəsmiləşdirilməsi,8-i əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi,95-i isə vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.
Müraciətlərin590-ı xidmətin e-mail ünvanına və "Elektron hökumət" portalına daxil olub. Ötən dövrdə Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq müxtəlif maarifləndirmə tədbirləri də həyata keçirilib.

banner

Oxşar Xəbərlər