• cümə, 19 Aprel, 19:12
  • Baku Bakı 24°C

Naxçıvanda “Göycə fetsivalı” keçirilib – FOTOLAR

27.05.16 14:45 4574
Naxçıvanda “Göycə fetsivalı” keçirilib – FOTOLAR
Bu gün Naxçıvan şəhərində "Göycə fetsivalı” keçirilib. Festivalın keçirilməsində başlıca məqsəd dünyanın heç bir yerində yetişdirilməyən bu neməti – Göycəni tanıtmaqdır. Yaşı 300-400 ilə yaxın olan göycə yalnız Naxçıvanda yetişir. Düzdür, Azərbaycanın digər bölgələrində də alçanın müxtəlif növləri yetişdirilir. Ancaq alçanın Naxçıvanda yetişən göycə növünün görünüşü və dadı tamamilə fərqlidir. "Göycə” sözü də yalnız Naxçıvan dialektinə aid olan söz hesab olunur. Yəni, göycə Naxçıvandan başqa yerdə bitmədiyi kimi, bu söz də bu bölgədən başqa heç bir yerdə işlənmir, ədəbi dildə də rast gəlinmir. "Göycə” sözündəki "göy” sözü yeni, təzə mənasını ifadə edir. Muxtar respublikada yazın ilk yetişən meyvələrindən biri olduğuna görə bu meyvəni "göycə” adlandırırlar.


























banner

Oxşar Xəbərlər