• cümə, 26 Aprel, 19:37
  • Baku Bakı 22°C

Naxçıvanda ənənəvi “Göycə” festivalı keçiriləcək

23.05.19 12:30 537
Naxçıvanda ənənəvi “Göycə” festivalı keçiriləcək
Bu il iyunun 1-2-də Naxçıvan şəhərində yerləşən "Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti "Göycə” festivalı keçiriləcək.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, festivalda Naxçıvan şəhərindən, Şərur, Babək, Ordubad, Culfa və Kəngərli rayonlarından olan torpaq mülkiyyətçilərinin yetişdirdiyi müxtəlif növdə göycə məhsullarının, o cümlədən göycədən hazırlanan əl işlərinin sərgi-satışı keçiriləcək.
Tədbirdə göycə yetişdirən fermerlər arasında "Ən yaxşı göycə” müsabiqəsi keçiriləcək, qaliblərə diplomlar və hədiyyələr təqdim olunacaq.
banner

Oxşar Xəbərlər