• cümə axşamı, 18 aprel, 09:08
  • Baku Bakı 12°C

Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusu yaradılıb

20.12.13 14:59 1515
Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusu yaradılıb
Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılıb.
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsinin icrası general-leytenant Kərəm Mustafayevə həvalə olunub.
banner

Oxşar Xəbərlər