• cümə, 26 Aprel, 20:27
  • Baku Bakı 22°C

Naxçıvanda 22 açıq ürək əməliyyatı icra olunacaq

07.05.16 19:22 1283
Naxçıvanda 22 açıq ürək əməliyyatı icra olunacaq
Naxçıvan Muxtar Respublikasında (MR)ulu öndərHeydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən "Ürək-damar xəstəliklərinin bu günü və gələcəyi" mövzusunda VI regional elmi-təcrübi konfrans başlayıb.
Bu barədə "Report"a məlumat verən Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədri,Milli Məclisin Səhiyyə komitəsinin üzvü, ürək-damar cərrahı Rəşad Mahmudov bildirib ki, konfransın keçirilməsində əsas məqsəd bu sahədə olan mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsininaparılmasıdır.
R.Mahmudov qeyd edib ki, konfrans çərçivəsində Naxçıvanda22 açıq ürək əməliyyatının icrası nəzərdə tutulub.
Qeyd edək ki, konfrans Azərbaycan və Naxçıvan MR-in Səhiyyə Nazirliyi və Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
banner

Oxşar Xəbərlər