• çərşənbə, 24 Aprel, 00:04
  • Baku Bakı 14°C

Naxçıvana uçan təyyarələrimiz üçün heç bir təhlükə yoxdur - AzAL

13.11.14 11:56 1207
Naxçıvana uçan təyyarələrimiz üçün heç bir təhlükə yoxdur - AzAL
Bunu APA-ya açıqlamasında "Azərbaycan Hava Yolları" QSC-nin (AzAL) xidmət rəisi Məhərrəm Səfərli deyib.
O bildirib ki, Azərbaycanın mülki təyyarələri Ermənistanın hava məkanından istifadə etmir, Naxçıvan Muxtar Respublikasına uçuşlar isə İran hava məkanı üzərindən həyata keçirilir: "Bizim uçuşlar üçün hər hansı təhlükə yoxdur".
Qeyd edək ki, noyabrın 12-də Azərbaycanın Ağdam rayonu ərazisində Ermənistana məxsus Mi-24 tipli döyüş helikopteri Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulub. Azərbaycan tərəfi işğal olunmuş ərazilər üzərində hava məkanını 1993-cü ildən mülki uçuşlar da daxil olmaqla, bağlı elan edib və beynəlxalq təşkilatları bu barədə məlumatlandırıb. İndiyədək dəfələrlə rəsmi Bakı işğal olunmuş ərazilərdə ermənilər tərəfindən həyata keçiriləcək uçuşlarla bağlı müvafiq tədbirlər görəcəyini bəyan edib.
banner

Oxşar Xəbərlər