• çərşənbə axşamı, 23 aprel, 23:06
  • Baku Bakı 20°C

Naxçıvan xalçaları ilk dəfə beynəlxalq elmi mətbuatda

22.02.17 17:07 1035
Naxçıvan xalçaları ilk dəfə beynəlxalq elmi mətbuatda
International Journal of Information Research and Review (IJIRR, Beynəlxalq İnformasiya Tədqiqatları və Təhlil jurnalı) Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun "XVIII-XX əsrin əvvəllərində Naxçıvanda xalçaçılığın vəziyyəti” mövzusunda nəzəri və təcrübi materiallar əsasında hazırlanan məqaləsini nəşr etdirib. Məqalədə qeyd olunur ki, Naxçıvan diyarında qədim dövrlərdə meydana gəlmiş xalçaçılıq erkən orta əsrlər dövründən başlayaraq müstəqil sənət sahəsinə çevrilmişdir. İşçi qüvvəsinin və xammal ehtiyatlarının bolluğu orta əsrlər dövründə Naxçıvan diyarının xalçaçılıq sənətinin mühüm mərkəzlərindən birinə çevrilməsinə səbəb olub. Heç də təsadüfi deyil ki, Naxçıvan diyarı şəddə və vərni kimi xalça məmulatlarının istehsal edildiyi ilk ərazilərdən hesab edilir. XVIII-XX əsrin əvvəllərində xarici bazarlarda xalça məmulatlarına tələbatın kəskin şəkildə artması Naxçıvan diyarında da bu sənətin inkişafına güclü təkan verib. Bölgədə istehsal edilən xalça məmulatlarının artıq xeyli hissəsi bazara çıxarılırdı.
Qeyd edək ki, Vidadi Muradovun Naxçıvan xalçaçılıq tarixi mövzusunda tədqiqatları indiyədək respublikamızın müxtəlif elmi jurnallarında, qəzetlərində məqalə şəklində işıq üzü görüb. Azərbaycan, ingilis, rus dillərində dərc edilən Naxçıvan xalçaçıları adlı kitablarında, Azərbaycan xalçaları: Naxçıvan qrupu filmində öz əksini tapıb.
banner

Oxşar Xəbərlər