AZE | RUS | ENG |

Naxçıvan teatrında “Əli və Nino” səhnələşdirlir

Naxçıvan teatrında “Əli və Nino” səhnələşdirlir
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Qurban Səidin "Əli və Nino” romanının motivləri əsasında yazıçı-dramaturq Əli Əmirlinin qələmə aldığı eyniadlı pyesi əsasında hazırlanan tamaşanın məşqləri keçirilir.

Əsərdəki hadisələr 1914-18-ci illərdə Azərbaycanda gedən proseslər, Rusiya inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrlərin fonunda baş verir. Hadisələrin cərəyan etdiyi əsas məkan "tərəqqi etmiş” Qərb və "geridə qalmış” Şərqin qovuşduğu Bakıdır.

Romantik dram janrında olan əsərdə demokratik respublikanın məğlub olma səbəbləri göstərilir. O dövrün ictimai-siyasi məsələləri ön plana çəkilir.

Teatrdan AZƏRTAC-a bildiriblər ki, tamaşada əsas rolları ifa edən xalq artisti Həsən Ağasoy, əməkdar artistlər Əbülfəz İmanov, Bəhruz Haqverdiyevlə bərabər teatrın gənc aktyorları Səyyad Məmmədov, Mehri Nəbiyeva və başqaları oynadıqları obrazları yaratmağa, xarakterini açmağa çalışırlar.

Tamaşanın quruluşçu rejissoru xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan tamaşanın may ayının sonuna qədər teatrsevərlərə təqdim olunması nəzərdə tutulub.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176