• şənbə, 20 Aprel, 03:42
  • Baku Bakı 15°C

Naxçıvan Qarnizonunda praktiki atışlar icra olunub

21.11.17 12:40 2228
Naxçıvan Qarnizonunda praktiki atışlar icra olunub
Naxçıvan Qarnizonunda davam edən hərb oyunlarında praktiki atışlar icra olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, komanda-qərargah hərb oyunlarının ssenarisinə əsasən praktiki fəaliyyətlərə cəlb edilən bölmələr yaranmış əməliyyat şəraitinə uyğun olaraq şərti düşmənin hücumunu dəf edərək onu öz mövqelərinə geri çəkilməyə məcbur edib, aktiv fəaliyyətlərlə vacib yüksəklik və hüdudları ələ keçirib, həmin mövqelərdə möhkəmlənib.
Gecə və gündüz şəraitində artilleriya bölmələri hücumu praktiki atəşlə dəstəkləyib, mühəndis-istehkam bölmələri qrupların maneəsiz hərəkətini təmin edib.
Bölmələrin fəaliyyəti Ordu aviasiyası vəhavahücumundan müdafiə bölmələri tərəfindənhavadan himayə edilib, taktiki desantın təyin olunmuş rayonlara çıxarılması həyata keçirilib.
Təlim zamanı döyüşün hərtərəfli təminatı üzrə təmir və təxliyə tapşırıqları yerinə yetirilib.
banner

Oxşar Xəbərlər