• cümə, 19 Aprel, 08:35
  • Baku Bakı 13°C

Naxçıvan Nəqliyyat Nazirliyi ləğv edilib

31.07.18 17:27 717
Naxçıvan Nəqliyyat Nazirliyi ləğv edilib
Naxçıvan Muxtar RespublikasınınNəqliyyat Nazirliyinin əsasında Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti yaradılıb.

APA-nın məlumatına görə, bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.

Fərmana əsasən avtomobil nəqliyyatı sahəsində idarəetməni təkmilləşdirmək məqsədi ilə Naxçıvan Muxtar RespublikasınınNəqliyyat Nazirliyinin əsasında Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti yaradılıb.

Fərmanla "Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti haqqında Əsasnamə” və "Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidmətinin strukturu” təsdiq edilib,Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb
banner

Oxşar Xəbərlər