• cümə, 29 Mart, 05:59
  • Baku Bakı 7°C

“Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci cildi nəşrə hazırlanıb

24.10.16 17:04 887
“Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci cildi nəşrə hazırlanıb
AMEA Naxçıvan Bölməsində "Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci cildinin hazırlanması istiqamətində görülən son işlərlə əlaqədar İşçi qrupunun növbəti görüşü olub. Növbəti görüşdə ikicildliyin birinci cildinin fəsillər üzrə xronoloji ardıcıllıqla toplanılmış məqalələrinə baxılıb, şəkillər, xəritələr, cədvəllər son olaraq nəzərdən keçirilib.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin, Bioresurslar İnstitutunun direktoru, akademik Taryel Talıbovun, Naxçıvan Dövlər Unversitetinin coğrafiya kafedrasının müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Nazim Bababəylinin, AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadənin, həmin institutun baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Həsənovun və aparıcı elmi işçi, coğrafiya üzrə fəlsəfə doktoru Elina Kərimovanın yaxından iştirakı ilə "Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci cildi çapa təqdim olunub.
Qeyd edək ki, ilk dəfə hazırlanan "Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci cildində zəngin təbii şəraitə və təbii ehtiyatlara malik olan muxtar respublika ərazisinin fiziki coğrafiyasının müxtəlif sahələrini əhatə edən ən son elmi tədqiqatların nəticələrinə dair məlumatlar verilib. Fundamental əsərdə Naxçıvan ərazisinin oroqrafiyası, geoloji quruluşu, geomorfologiyası, iqlimi, daxili suları, torpaq və bitki örtüyü, heyvanlar aləmi və landşaftları araşdırılmaqla, fiziki-coğrafi rayonlaşdırma vahidləri ayrılıb və onlar geniş şərh edilib.
Məlumat üçün onu da qeyd edək ki, Naxçıvanın iqtisadi-sosial coğrafiyasına həsr olunan ikinci cildinin çapı bu ilin sonunadək nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər