• cümə axşamı, 28 mart, 16:39
  • Baku Bakı 16°C

“Naxçıvan Muxtar Respublikasında əmək potensialının formalaşması və istifadəsi” adlı monoqrafiya işıq üzü görüb

18.04.17 15:10 732
“Naxçıvan Muxtar Respublikasında əmək potensialının formalaşması və istifadəsi” adlı monoqrafiya işıq üzü görüb
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun İqtisadiyyat şöbəsinin müdiri Sevinc Cabbarovanın "Naxçıvan Muxtar Respublikasında əmək potensialının formalaşması və istifadəsi” adlı monoqrafiyası işıq üzü görüb.
AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin qərarı ilə çap olunan yeni nəşrdə əmək potensialının formalaşması və inkişafı amilləri, əmək potensialından səmərəli istifadəyə demoqrafik dəyişikliklərin təsiri işıqlandırılıb. Eyni zamanda Naxçıvan Muxtar Respublikasında əhalinin əmək fəallığına sosial-iqtisadi inkişafın təsiri və məşğulluğun inkişaf vəziyyəti tədqiq edilib.
Monoqrafiyada yeni iqtisadi münasibətlər şəraitində Naxçıvan iqtisadi rayonunda innovasiyaların əmək prosesində idarə olunması, əmək potensialının səmərəli istifadə edilməsində regional klasterlər və onların rolu göstərilir.
Rus dilində, üç fəsildən ibarət olan yeni nəşrin sonunda müəllif apardığı tədqiqatların nəticələrini ümumilləşdirib, müəyyən elmi və nəzəri əhəmiyyəti olan təklif və tövsiyələrini irəli sürüb.
banner

Oxşar Xəbərlər