• cümə, 29 Mart, 00:01
  • Baku Bakı 7°C

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin vaxtı təyin edildi

09.12.19 17:20 824
Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin vaxtı təyin edildi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 9-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Trend-in məlumatına görə, sərəncamda bildirilir ki, beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli Sərəncamına uyğun olaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 1-ci bəndinə əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.
banner

Oxşar Xəbərlər