Naxçıvan əhalisinin sayı 455 min nəfərə çatır
Naxçıvan Muxtar Respublikasının əhalisinin sayı açıqlanıb.
APA-nın məlumatına görə, Naxçıvan Muxtar RespublikasıDövlət Statistika Komitəsi1 iyun 2018-ci il tarixə muxtar respublikada əhalinin sayının bir il öncəyə nisbətdə 3,6 min nəfər artdığını açıqlayıb.
Beləliklə, Naxçıvan əhalisinin sayı 454 min nəfərdən çox olub.