“Naxçıvan dünyanın ən qədim şəhərlərindən biri” kitabının təqdimatı olub - Fotolar
AMEA Naxçıvan Bölməsinin Dəyirmi
zalında AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri
doktoru, professor Gingiz Qacarın rus dilində nəşr edilən "Naxçıvan dünyanın ən
qədim şəhərlərindən biri” kitabının təqdimat mərasimi keçirilib.
AMEA Naxçıvan
Bölməsinin İnformasiya şöbəsindən "Kaspi”yə bildirilib ki, tədbiri AMEA
Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev açaraq ilk öncə akademik
Gingiz Qacarın salamlarını mərasim iştirakçılarına çatdırıb. O, Naxçıvan
tarixinə həsr edilmiş kitabın əhəmiyyətindən danışıb. Bildirib ki, Ulu öndər Hеydər Əliyеvin əziz
xatirəsinə həsr olunan və Azərbaycan Milli Elmlər Akademiyasının
vitse-prezidenti, akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə "Əcəmi” nəşriyyatında
yüksək poliqrafik səviyyədə çap edilən dəyərli əsərdə Naxçıvanın tarixi,
arxeolojiyası, etnoqrafiyası, mədəniyyəti, eyni zamanda, görkəmli şəxsiyyətləri
barəsində məlumatlar və foto şəkillər öz əksini tapıb.
Daha sonra "Dünyanın qədim şəhərlərindən
biri-Naxçıvan tarixinə həsr edilmiş dəyərli əsər” mövzusunda AMEA Naxçıvan Bölməsinin
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir
üzvü Vəli Baxşəliyev geniş məruzə edib.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə
fəlsəfə doktoru, dosent Musa Quliyev, həmin institutun şöbə müdiri, tarix üzrə
fəlsəfə doktoru, dosent Emin Şxəliyev çıxış edərək "Naxçıvan dünyanın ən qədim şəhərlərindən
biri” kitabının rus dilində nəşr olunmasını Naxçıvan tarixinin dünyada təbliği
istiqamətində böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.