Naxçıvan Ağır Cinayətlər Məhkəməsinə yeni sədr təyin olunub
Hüseyn Məmməd oğlu Məmmədov Naxçıvan Şəhər Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilib. Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, H. Məmmədov Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilib.