• cümə, 26 Aprel, 05:14
  • Baku Bakı 16°C

NATO: Türkiyənin NATO-ya üzvlüyü müzakirə mövzusu deyil

10.08.16 16:47 850
NATO: Türkiyənin NATO-ya üzvlüyü müzakirə mövzusu deyil
"TürkiyəninNATO-ya üzvlüyü müzakirə mövzusu deyil”.APA-nın məlumatına görə, bu barədəNATOsözçüsünün Türkiyədəki çevriliş cəhdi ilə bağlı təşkilatın mövqeyi barədə rəylərə dair açıqlamasında deyilir.

Bildirilir ki,NATOTürkiyənin davamlı töhfələrinə güvənir, Türkiyə dəNATO-nun həmrəyliyinə və dəstəyinə güvənə bilər: "TürkiyəNATO-nun ortaq səylərinə töhfə verən dəyərli müttəfiqdir. Bizim alyans kollektiv müdafiə prinsiplərinə sadiqdir və demokratiya, şəxsi azadlıq, insan haqları, qanunun aliliyi prinsipləri üzərində qurulub.NATObaş katibi Yens Stoltenberq Türkiyədə çevrilişə cəhdlə bağlı Tükiyə xarici işlə naziri Mövlud Çavuşoğlu və prezident Rəcəb Tayyib Ərdoğanla danışıb, çevriliş cəhdini sərt şəkildə pisləyərək Türkiyənin demokratiya institutlarına tam dəstəyini vurğulayıb. O, Türkiyənin seçilmiş hökumətinə dəstəyini və Türkiyə xalqının cəsarətinə hörmətini ifadə edib”.
banner

Oxşar Xəbərlər