• cümə, 19 Aprel, 18:31
  • Baku Bakı 24°C

NATO transatlantik əməkdaşlığın davamının tərəfdarıdır

13.11.18 15:00 411
NATO transatlantik əməkdaşlığın davamının tərəfdarıdır
Avropa İttifaqının öz müdafiəsini gücləndirmək səyləri transatlantik əməkdaşlığa mane olmamalıdır. Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Berlində keçirilən konfrans zamanı bəyan edib.
AZƏRTACxəbər verir ki, o, bu kimi fəaliyyətlərin "Avropanın təhlükəsizliyi” və alyansın güclənməsi üçün mühüm olduğunu etiraf edib. Bununla yanaşı, Stoltenberq qeyd edib ki, analoji addımlar son 70 il ərzində Avropada sülhün və təhlükəsizliyin əsası olan "transatlantik tərəfdaşlıqla möhkəm bağlı” olduğu təqdirdə alqışlana bilər.
Stoltenberq hesab edir ki, avropalı müttəfiqlər əməliyyatları ABŞ-ın iştirakı ilə və ya iştirakı olmadan blok proqramları çərçivəsində yerinə yetirə bilər. Lakin NATO-nun Baş katibi alyansın fəaliyyətini təkrarlayan potensial qurumların yaradılmasını tənqid edib. "İki dünya müharibəsi və "soyuq” müharibə bizə birlikdə hərəkət etməyin necə mühüm olduğunu öyrədib”, - deyə təşkilatın rəhbəri əlavə edib.
banner

Oxşar Xəbərlər