• cümə axşamı, 25 aprel, 21:13
  • Baku Bakı 21°C

NATO sammitində mühüm görüşlər - Yenilənib

05.09.14 10:10 1032
NATO sammitində mühüm görüşlər - Yenilənib
05.09.2014
10:10

Sentyabrın 4-də Uelsdə Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan Prezidenti Serj Sarkisyanın və ABŞ dövlət katibi Con Kerrinin görüşü olub.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
X X X
Sentyabrın 4-də Uelsdə NATO sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın görüşü olub.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etməsindən məmnunluq ifadə olundu. Azərbaycan ilə Fransa arasında əməkdaşlığın müxtəlif sahələrdə daha yaxşı perspektivlərinin olduğu vurğulandı.
Söhbət zamanı dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında geniş fikir mübadiləsi apardılar./trend/
X X X
Sentyabrın 4-də Uelsin Nyuport şəhərində NATO-nun sammiti işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitin açılışında iştirak edir.
Tədbirdə Alyansa üzv olan və İSAF proqramında iştirak edən tərəfdaş ölkələrdən, BMT və digər beynəlxalq təşkilatlardan nümayəndələr iştirak edirlər. Həmçinin BMT-nin və Avropa İttifaqının ali nümayəndələri də sammitə qatılıblar.
NATO-nun baş katibi Anders Foq Rasmussen və Böyük Britaniyanın Baş naziri Devid Kemeron Prezident İlham Əliyevi və digər dövlət və hökumət başçılarını salamladılar.
Sonra dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.
Sammitin gündəliyinə Ukrayna hadisələri, Əfqanıstanın gələcəyi, yeni təhdidlərə qarşı mübarizə, silahlı qüvvələrə dəstəyin artırılması, əməkdaşlığın möhkəmləndirilməsi, İraq və Suriya böhranı ilə bağlı məsələlər daxildir.
Sammitin Əfqanıstan üzrə görüşündə çıxış edən NATO-nun baş katibi Anders Foq Rasmussen dövlət və hökumət başçılarını salamladı. Bildirildi ki, bu görüş təhlükələrin yaşandığı dünyada sabitliyə nail olmaq istiqamətində önəmli tədbirdir. NATO-nun öz əməliyyatlarının mühüm hissəsini Əfqanıstanda həyata keçirdiyini deyən A.F.Rasmussen İSAF qüvvələrinin hələ də bu ölkədə xidmət keçdiyini diqqətə çatdırdı. NATO-nun məhz onların xidmətləri sayəsində bu gün dünyada ən güclü Alyansa çevrildiyini vurğulayan baş katib Əfqanıstanda sabitliyin qorunmasının ilin sonunadək yerli təhlükəsizlik qüvvələrinə təhvil veriləcəyini bildirdi, Əfqanıstana dəstəyin bundan sonra da davam etdiriləcəyini söylədi. Baş katib gündəlikdə nəzərdə tutulan məsələlərlə bağlı müzakirələrin məhsuldar keçəcəyinə əminliyini ifadə etdi.
Sonra Əfqanıstanda həlak olan hərbçilərin xatirəsi ehtiramla yad olundu.
Böyük Britaniyanın Baş naziri Devid Kemeron da sammitin Uelsdə keçirilməsindən məmnun olduğunu dedi. "NATO bizim gələcəyimiz üçün çox vacib alyansdır", - deyən Devid Kemeron İSAF proqramında iştirak etməklə Əfqanıstanda təhlükəsizliyə töhfə verən ölkələrə təşəkkür etdi. Bildirdi ki, NATO Əfqanıstandakı missiyasını uğurla başa vurur və bu ölkədə ordunun yaradılması ilə bağlı əldə olunan nəticələrdən qürur hissi keçirir.
Azərbaycan Prezidenti İlham Əliyev sammitdə çıxış edib.
Sammit öz işini sentyabrın 5-də davam etdirəcək. Burada Avstraliya, Gürcüstan, İordaniya, Finlandiya və İsveç ilə əməkdaşlığın növbəti mərhələsi barədə müzakirələr nəzərdə tutulub.
Xatırladaq ki, bundan əvvəlki sammit 2012-ci ilə Çikaqoda keçirilib./AzərTAc/
---------------
04.09.2014
18:55

Azərbaycan prezidenti İlham Əliyev Uelsin Nyuport şəhərində keçirilən NATO sammitində iştirak edir.
Tədbirdə Alyansa üzv olan və İSAF proqramında iştirak edən tərəfdaş ölkələrdən, BMT və digər beynəlxalq təşkilatlardan nümayəndələr iştirak edirlər.
Həmçinin BMT və Avropa İttifaqının ali nümayəndələri də sammitə qatılıblar.
NATO baş katibi Anders Foq Rasmussen və Böyük Britaniyanın baş naziri Devid Kemeron Azərbaycan prezidentini və digər dövlət başçılarını salamlayıblar. Sonra dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.
Sammitin gündəliyinə Ukrayna hadisələri, Əfqanıstanın gələcəyi, yeni təhdidlərə qarşı mübarizə, silahlı qüvvələrə dəstəyin artırılması, əməkdaşlığın möhkəmləndirilməsi, İraq və Suriya böhranı ilə bağlı məsələlər daxildir.
Sammitdə çıxış edən D. Kemeron tədbirin Uelsdə keçirilməsindən məmnun olduğunu bildirib. "NATO bizim gələcəyimiz üçün çox vacib alyansdır” deyən D. Kemeron İSAF proqramında iştirak etməklə, Əfqanıstanda təhlükəsizliyə töhfə verən ölkələrə təşəkkür edib. O qeyd edib ki, NATO Əfqanıstandakı missiyasını uğurla başa vurur və bu ölkədə ordunun yaradılması ilə bağlı əldə olunan nəticələrdən qürur hissi keçirir.
Sammit öz işini sentyabrın 5-də davam etdirəcək. Burada Avstraliya, Gürcüstan, İordaniya, Finlandiya və İsveç ilə əməkdaşlığın növbəti mərhələsi barədə müzakirələr nəzərdə tutulub./apa/
banner

Oxşar Xəbərlər