• cümə axşamı, 28 mart, 15:22
  • Baku Bakı 16°C

NATO qırıcısı Sergey Şoyqunun təyyarəsinə yaxınlaşıb

21.06.17 15:10 759
NATO qırıcısı Sergey Şoyqunun təyyarəsinə yaxınlaşıb
NATOqırıcısı Rusiyanın müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə yaxınlaşmağa cəhd edib.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, hadisə rusiyalı nazirin Baltik dənizinin neytral suları üzərindən uçarkən baş verib.
Kalininqrada gedən S. Şoyqunun olduğu təyyarəni dəniz aviasiyasına məxsus SU-27 qırıcı təyyarələrdən ibarət mühafizə dəstəsi müşayiət edib.
Bu vaxtNATOqırıcılardan biri müdafiə nazirinin təyyarəsinə yaxınlaşmağa cəhd edib.
Lakin onların arasına keçən mühafizə dəstəsindəki SU-27 qırıcısının pilotu təyyarədəki silahları nümayiş etdirərək atəş açacağı barədə xəbərdarlıq edib.
Bundan sonraNATOqırıcısı hadisə yerindən uzaqlaşıb.
banner

Oxşar Xəbərlər