• cümə, 29 Mart, 19:52
  • Baku Bakı 14°C

NATO proqramı çərçivəsində Azərbaycan hərbçilərinin təlimi keçirilib

20.05.17 18:43 1099
NATO proqramı çərçivəsində Azərbaycan hərbçilərinin təlimi keçirilib
NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Azərbaycan Silahlı Qüvvələrinin ƏİK kəşfiyyat bölüyünün 1-ci səviyyəliNATOqiymətləndirmə təlimi keçirilib.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, təlim zamanı bölüyün təchizatı, avadanlığı, rabitə vasitələri ilə təminatı, eləcə də şəxsi heyətin ingilis dilini bilmə səviyyəsi, digər zəruri əməliyyat imkanlarınınNATOstandartları və tələbləri ilə uyarlılığı, sülhməramlı qüvvələr tərkibində və digər əməliyyatlar zamanı taktiki tapşırıqların icrası məsələləri qiymətləndirilib.
Bölüyün qiymətləndirilməsiNATO-nun Quru Qoşunları Komandanlığının rəhbərliyi ilə Alyansın müxtəlif qərargahlarının və tərəfdaş ölkələrin ƏİK üzrə qiymətləndiricilər qrupu tərəfindən həyata keçirilib.
banner

Oxşar Xəbərlər