• cümə axşamı, 25 aprel, 09:28
  • Baku Bakı 14°C

NATO PA-nın yaz sessiyasında dövlətlərin ərazi bütövlüyü məsələsi də diqqət mərkəzində olacaq

26.05.17 14:45 1224
NATO PA-nın yaz sessiyasında dövlətlərin ərazi bütövlüyü məsələsi də diqqət mərkəzində olacaq
NATO Parlament Assambleyasının Tbilisidə keçiriləcək yaz sessiyasında bir sıra mühüm məsələlər, o cümlədən dövlətlərin ərazi bütövlüyü məsələsi diqqət mərkəzində olacaq.
AZƏRTACxəbər verir ki, bu fikirlər NATO PA-nın Tbilisidə keçiriləcək yaz sessiyası ilə əlaqədar təşkil olunmuş mətbuat konfransında bildirilib.
Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze deyib ki, Avratlantik strukturlara inteqrasiya ölkəsinin xarici siyasətinin prioritetlərindəndir. NATO PA-nın yaz sessiyasının Tbilisidə keçirilməsi bu proseslərin daha da sürətlənməsinə səbəb olacaq.
NATO PA-nın prezidenti Paolo Ali sessiyada müzakirə olunan məsələlərin əhəmiyyətini qeyd edib, qəbul olunacaq sənədin və tövsiyələrin bütün ölkələr üçün vacib olduğunu bildirib. O deyib ki, dünyada baş verən proseslər, mövcud münaqişələr hamını ciddi narahat edir. Biz dünyada, eləcə də Qafqazda sülhün bərqərar olmasını istəyirik.
Sonra Paolo Ali Gürcüstanın NATO-ya üzvlüyü, regiondakı təhdidlər, kibercinayətkarlığa qarşı mübarizə ilə bağlı sualları cavablandırıb.
Qeyd edək ki, mayın 26-dan 29-dək Tbilisidə NATO PA-nın yaz sessiyası keçiriləcək.
Sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.
banner

Oxşar Xəbərlər