• cümə axşamı, 28 mart, 22:30
  • Baku Bakı 13°C

NATO-nun təlim qrupu Bakıda seminar keçirir

19.09.17 13:40 1370
NATO-nun təlim qrupu Bakıda seminar keçirir
NATO-nun Brunssum Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Bakıda "Maddi-texniki təminatın əsasları” mövzusunda seminar keçirilir.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə,tədbir müddətindəNATOnümayəndə heyəti tərəfindən iştirakçılara "Maddi-texniki təminatın əsasları”, "Əməliyyatlarda maddi-texniki təminatın planlaşdırılması” və digər mövzular barədə məlumatlar veriləcək, eləcə də müxtəlif məşğələlər təşkil olunacaq.

Sentyabrın 22-dək davam edəcək tədbirdə Silahlı Qüvvələrin müxtəlif qoşun növlərindən hərbi qulluqçular iştirak edir.

Qeyd edək ki, seminar Müdafiə NazirliyininNATOilə 2017-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə əməkdaşlıq proqramına əsasən keçirilir.
banner

Oxşar Xəbərlər