• cümə axşamı, 18 aprel, 20:57
  • Baku Bakı 21°C

NATO-nun ekspert qrupu Bakıda səfərdədir

16.01.19 11:22 415
NATO-nun ekspert qrupu Bakıda səfərdədir
Hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafina yardım üzrə NATO-nun "Müdafiə təhsilinin genişləndirilməsi” proqramına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında Alyansın ekspert qrupu ilə işçi görüşü keçirilir.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, NATO-nun ekspert qrupu ilə hərbi təhsil müəssisələrinin müəllimləri dərs planlarının və proqramlarının hazırlanmasına və qiymətləndirməyə dair müzakirələr aparırlar.
Yanvarın 17-dək davam edəcək işçi görüşü çərçivəsində yerli müəllimlər açıq dərslər keçirəcəklər. Sonda isə bu açıq dərslərin ümumi nəzəriyyəsinin müzakirəsi və qiymətləndirilməsi olacaqdır.
banner

Oxşar Xəbərlər