• cümə axşamı, 25 aprel, 10:18
  • Baku Bakı 14°C

NATO-nun baş katibi Prezident İlham Əliyevi təbrik edib

21.10.13 15:40 1246
NATO-nun baş katibi Prezident İlham Əliyevi təbrik edib
NATO-nun baş katibi Anders Foq Rasmussen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
AzərTAc xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edim, Sizə və Azərbaycan xalqına gələcəklə bağlı ən xoş arzularımı çatdırım.
NATO ilə Azərbaycan arasında dialoqun və əməkdaşlığın inkişaf etdirilməsində Sizinlə çalışmaqdan məmnunam.
Əminəm ki, biz “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində qorunan demokratik dəyərlər əsasında tərəfdaşlığımızı daha da dərinləşdirəcəyik. NATO Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı da daxil olmaqla Sizin islahat səylərinizi dəstəkləməyə hazırdır.
Ali dövləti vəzifənizdə Sizə uğurlar arzu edirəm. Əminəm ki, əməkdaşlığımız və dialoqumuz davam edəcəkdir".
banner

Oxşar Xəbərlər