• cümə, 29 Mart, 11:05
  • Baku Bakı 5°C

NATO ilə əlaqələr dayandırıldı - Gərginlik

24.04.14 13:30 902
NATO ilə əlaqələr dayandırıldı - Gərginlik
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ukraynada baş verən hadisələrə görə NATO ilə əlaqələri dayandırır.
Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja bu gün Moskvada keçirdiyi mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, KTMT NATO-nun Ukrayna böhranı müddətində tutduğu mövqeyə görə təşkilatla əlaqələrini dayandırır: “Hələlik NATO ilə əlaqələri dayandırırıq. NATO Rusiyanı və onun müttəfiqlərini şantaj edir. Şimali Atlantika Alyansı bu gün bütün cəbhələrdə KTMT üzvlərinə qarşı şantajla məşğuldur”.
banner

Oxşar Xəbərlər