• cümə axşamı, 28 mart, 20:51
  • Baku Bakı 13°C

NATO hərbi gəmiləri Qara dənizə daxil olub

04.07.14 10:33 1208
NATO hərbi gəmiləri Qara dənizə daxil olub
NATO-nun 4 hərbi gəmisi Qara dənizə daxil olub.
ANS PRESS-in məlumatına görə, bu barədə “İnterfax” agentliyi hərbi mənbələrə istinadən xəbər yayıb.
Xəbərə görə, “Avier” raket freqatı, “Rimini” mina zərərsizləşdirən gəmisi (Hər ikisi İtaliya Hərbi Dəniz Qüvvələrinə məxsusdur – S.M), “Maçitis” yunan korveti və Türkiyənin “Akçay” mina zərərsizləşdirən gəmisi Qara dənizə daxil olub. Mənbənin bildirdiyinə görə, NATO hərbi gəmiləri Bolqarıstanın Burqas limanı istiqamətində üzür. Burada Bolqarıstan Hərbi Dəniz Qüvvələri ilə birlikdə NATO-nun təlimləri keçiriləcək.
Qeyd edək ki, NATO-nun "SNMCMG-2" qrupuna Belçika, Almaniya, İtaliya, İspaniya, Türkiyə, Böyük Britaniya və ABŞ-ın hərbi gəmiləri daxildir.
banner

Oxşar Xəbərlər