• cümə, 29 Mart, 10:58
  • Baku Bakı 5°C

NATO Gürcüstanı yenə məyus etdi

13.07.18 17:30 913
NATO Gürcüstanı yenə məyus etdi
Gürcüstanın NATO-ya üzvlüyü məsələsi yenə də qeyri-müəyyən vaxta kimi təxirə düşdü. Hər sammit ərəfəsində gürcülərə Alyansa üzv qəbul ediləcəkləri barədə vədlər verilsə də, ortada konkret bir nəticə yoxdur. NATO-nun Brüssel sammiti də əvvəlkilərdən geri qalmayıb. Bu dəfə də Alyansın gücü yalnız və yalnız Rusiyanı Gürcüstanın işğal olunmuş bölgələri olan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıması ilə bağlı qərarından imtina etməyə çağırmağa çatıb. Brüsseldə NATO-Gürcüstan Komissiyasının toplantısının yekun bəyannaməsində Gürcüstanın ittifaqla əlaqələrinin unikal miqyası və dərinliyi vurğulanır və bildirilirki, Gürcüstan NATO-nun ən yaxın əməliyyat tərəfdaşlarından biridir. Bəyannamədə deyilirki,NATOmüttəfiqləri bölgədə baş verən insan haqları pozuntularını ciddi şəkildə qınayır və bildirir ki, bu cür addımlar Gürcüstanın ərazi bütövlüyü və suverenliyini pozmaqla yanaşı, həm də beynəlxalq hüquq,ATƏTprinsipləri və Rusiyanın beynəlxalq öhdəliklərinə tamamilə ziddir. Bundan əlavə, Rusiya 2008-ci ildə əldə edilmiş atəşkəs razılaşmasına əməl etməyə və hərbi qüvvələrini Gürcüstan ərazisindən geri çəkməyə dəvət edilib. NATOGürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində münaqişənin sülh yolu ilə həlli üçün danışıqlarda dəqiq nəticələr əldə etməyin vacibliyini vurğulayıb.
Öz növbəsində sammitdə iştirak edən Gürcüstan prezidenti Georgi Marqvelaşvili deyib ki, onun ölkəsi "NATO-ya günü bu gün qoşulmaq əzmindədir” və Tbilisi alyansın üzvü olmaq üçün "əslində hər bir tələbi yerinə yetririb”. Sammit əsnasında müsahibə verən prezident bildirib ki, "biz NATO-ya qoşulmağa hazır dayanmışıq, odur ki, bu, tamamilə NATO-ya üzv ölkələrdən asılı bir məsələdir”. 29 üzvü olan alyans sammitin sonunda qəbul edilmiş bəyanatında bildirilir ki, "biz Gürcüstanın alyansın üzvü olacağına dair 2008-ci il Buxarest sammitində qəbul etdiyimiz qərarımızı bir daha təsdiqləyirik”. Gürcüstan prezidenti NATO-nun baş katibiJens Stoltenberq ilə də görüşüb. Baş katibGürcüstan prezidentini əmin edib ki, Gürcüstan NATO-ya üzv olacaq: "Müttəfiq liderlər bunu dünən bir daha təsdiqlədilər”. Baş katib Gürcüstanı NATO-nun vacib tərəfdaşlarından biri adlandırıb, bu tərəfdaşlığın tərəfləri daha təhlükəsiz etdiyini vurğulayıb. "Sizi üzvlüyə hazırlamaqdan ötrü işi davam etdirəcəyik. İslahatlarla bağlı əldə etdiyiniz inkişaf bizi təəssüratlandırır. Sizi bu işi davam etdirməyə çağırırıq”,– o deyib. Stoltenberq NATO-nun Polşadakı Təlim Mərkəzi ilə Tbilisidəki NATO-Gürcüstan Birgə Təlim Mərkəzi arasında sıx əməkdaşlıqdan məmnunluğunu da dilə gətirib. O, Gürcüstana Qara dəniz regionunda sabitliyə verdiyi töhfəyə görə təşəkkürünü bildirib. Baş katib hərbi alyansın Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini xüsusi vurğulayıb.
Məlumat üçün bildirək ki, NATO-nun 2008-ci ildə keçirilən Buxarest sammitində alyans liderləri Gürcüstan və Ukraynanın gələcəkdə bloka üzv olmasına razılaşıblar. O vaxtdan hər toplantıda iki ölkənin üzvlük perspektivi təsdiqlənir, di gəl, konkret tarix qoyulmur. Halbuki, Alyans iyulun 11-də Makedoniyaya üzvlük dəvətnaməsi verib. Skopyenin NATO üzvü Yunanıstanla ad mübahisəsini həll edəndən sonra bloka qəbul ediləcəyi gözlənir. Maraqlı olan odur ki, Gürcüstanda hesab edirlər ki, ölkənin bloka qəbuluna bir sıra ölkələr qarşıdır. Bu sırada əsas maneə olaraq Almaniya göstərilir. Ötən həftə Tbilisidə keçirilən alman-gürcü görüşündə də bu bir daha səslənib. Qeyd edilib ki, Berlin Moskva ilə münasibətlərinin gərginləşməməsi üçün Gürcüstanın NATO-ya üzvlüyünü bloklayır. Özü də Almaniya tək deyil. Fransa da eyni mövqedədir. Buna görə də hazırda Gürcüstanda bu məsələ ilə bağlı tam pessimizm hökm sürür. Halbuki, bir neçə il bundan əvvəl keçirilən sorğularda ölkə əhalisinin 90 faizi alyansa üzvlüyü zərurət kimi göstərmişdi. Lakin sonrakı illərdə Moskvanın ciddi təbliğat fəaliyyəti nəticəsində bu göstərici tədricən aşağı düşərək, 55-65 faiz arası oynamağa başladı. Beləliklə, gürcü cəmiyyətində bu məsələ ətrafında gözləmə limiti bitmək üzrədir, desək yanılmarıq. Hər dəfə gürcülərin üzvlük çağırışlarına rədd cavabı verilir ki, bu da narazılıq və ümidsizlik əhval-ruhiyyəsini artırır.

Azər
banner

Oxşar Xəbərlər