• cümə, 29 Mart, 12:26
  • Baku Bakı 14°C

NATO-dan Rusiyaya xəbərdarlıq

12.12.14 14:37 987
NATO-dan Rusiyaya xəbərdarlıq
APA-nın xəbərinə görə, bu barədə NATO baş katibinin köməkçisinin müavini, baş katibin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib.
Onun sözlərinə görə, Ukrayna böhranı göstərir ki, Rusiya bütün rus pasportu olan, rusdilli əhali, etnik ruslar yaşayan və ya tarixi rus torpağı hesab olunan yerlərdə öz qaydalarını yeridə bilər: “Hazırda gördüyünüz kimi, bizim Rusiya ilə praktiki əməkdaşlığımız dondurulub, lakin siyasi dialoq üçün imkan yaradılıb. Gürcüstanda 2008-ci ildə baş verən müharibədən sonra bizim mövqeyimiz buna oxşar idi, fərq ondadır ki, artıq alyans Rusiyanın etdiklərinin eyni model üzrə qurulduğunu görür. Alyans Gürcüstanı, Moldovanı, indi də Ukraynanı görür və anlayır ki, bu bir strategiyadır. Bu dəfə biz Gürcüstan müharibəsindən sonra olduğu kimi, Rusiya ilə əməkdaşlığa tez dönməyəcəyik. Mən bilmirəm Rusiya və NATO münasibətləri hara qədər gedəcək. Rusiya ilə münasibətlərin bərpası üçün Rusiya beynəlxalq hüquqa əməl etməsinə dönməlidir”.
banner

Oxşar Xəbərlər