• cümə, 19 Aprel, 02:11
  • Baku Bakı 18°C

NATO Azərbaycana təşəkkür edib

15.01.18 17:48 426
NATO Azərbaycana təşəkkür edib
AzərbaycanınNATOyanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya MəmmədovNATO-nun Avropadakı Silahlı Qüvvələrinin komandanı, ordu generalı Körtis Skaparroti ilə görüş keçirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən xəbərə görə, görüş zamanı Q. Məmmədov Azərbaycanda aparılan müdafiə islahatları,NATOilə qarşılıqlı operativ uzlaşmanın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər və regionda vəziyyət haqqında həmsöhbətinə məlumat verib. General K. Skaparroti Azərbaycan tərəfininNATOilə tərəfdaşlıqda əldə etdiyi tərəqqini və Əfqanıstanda həyata keçirilən "Qətiyyətli Dəstək” əməliyyatına Azərbaycanın töhfəsini yüksək qiymətləndirib.

NATOtərəfi prezident İlham ƏliyevinNATO-ya 2017-ci ilin 24 noyabr tarixində səfəri zamanı verdiyi bəyanata uyğun olaraq, "Qətiyyətli Dəstək” əməliyyatına əlavə qoşun göndərilməsinə görə təşəkkürünü ifadə edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər