• şənbə, 20 Aprel, 15:01
  • Baku Bakı 23°C

Natiq Əmirov: "SOCAR-ın istiqrazları üzrə gəlirlər vergidən tam azad edilə bilər"

16.09.16 12:28 1122
Natiq Əmirov: "SOCAR-ın istiqrazları üzrə gəlirlər vergidən tam azad edilə bilər"
Azərbaycan hökuməti SOCAR-ın istiqrazları üzrə dividentlərin vergitutumundan müddətsiz azad edilməsi imkanını nəzərdən keçirir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov istiqrazların təqdimatında deyib.
Onun sözlərinə görə, hazırda istiqrazlarla əməliyyatlar üzrə əhalinin gəlirləri vergidən 3 il müddətinə azad edilib: "Lakin hökumət əhalinin bu kateqoriyalı gəlirlərinin vergitutumundan müddətsiz azad edilməsi imkanını nəzərdən keçirir".
APA-nın məlumatına görə isə Prezidentin köməkçisiSOCAR-ın səhmlərinin satışa çıxarıla bilməsindən də danışıb: "Bilirsiniz ki, dövlət müəssisələrinin özəlləşdirilməsi ilə bağlı ölkə başçısının müvafiq tapşırığı var. Dövlət müəssisələrinin gələcəkdə səhmlərinin müəyyən hissəsinin azad bazara çıxarılması baş tuta bilər. Lakin bunun üçün şirkətlərin görəcəyi bir çox işlər var ki, bunlardan əsası korporativ idarəetmə standartlarının tətbiqi, şəffaflığın artırılması, maliyyə açıqlığının təmin olunması. SOCAR bu gün bu standartlara cavab verir. Buna görə, bir gün SOCAR səhmlərinin müəyyən hissəsini satışa çıxara bilər. Lakin digər şirkətlər hələlik buna hazır deyil", - deyə o bildirib.
banner

Oxşar Xəbərlər