• cümə axşamı, 28 mart, 18:56
  • Baku Bakı 13°C

Natiq Cəfərli azadlığa buraxılıb

09.09.16 20:08 1325
Natiq Cəfərli azadlığa buraxılıb
"Real” hərəkatının icraçı katibi Natiq Cəfərli azadlığa buraxılıb.Bu barədə vəkil Cavad Cavadlı APA-ya açıqlamasında bildirib.

O qeyd edib ki, Nəsimi rayon məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdəN. Cəfərli ilə bağlı həbs-qətimkan tədbirinin ləğvi barədə qərar verib.

N. Cəfərli özü isəAPA-ya açıqlamasında bu qərarınBaş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinintəqdimatı əsasında verildiyini qeyd edib."Lakin mənim barəmdə olan cinayət işinin araşdırılması davam edir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N. Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

N. Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir.
banner

Oxşar Xəbərlər