• şənbə, 27 Aprel, 08:59
  • Baku Bakı 12°C

“National Herald Tribune” Xocalı soyqırımı barədə məqalə dərc edib

19.02.18 11:50 1106
“National Herald Tribune” Xocalı soyqırımı barədə məqalə dərc edib
Pakistanın "National Herald Tribune” qəzetində və qəzetin elektron portalında "Xocalı soyqırımı üçün ədalət” sərlövhəli məqalə yayılıb.

AZƏRTACxəbər verir ki, məqalədə Ermənistan silahlı qüvvələri tərəfindən bir gecədə 613 adamın, o cümlədən 106 qadının, 70 qocanın və 83 uşağın xüsusi qəddarlıqla qətlə yetirildiyi, Xocalı soyqırımının Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu bildirilir.

Yazıda Xocalı soyqırımının siyasi, tarixi və hüquqi mahiyyəti açıqlanır, qurbanların məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildiyi, faciənin beynəlxalq normalar baxımından soyqırımı xarakteri daşıdığı diqqətə çatdırılır. Vurğulanır ki, faciədən sonra dünyanın nüfuzlu nəşrlərində soyqırımı haqqında məqalələr dərc edilib. Ermənilər istəsələr də, bu qanlı hadisəni heç cür təkzib edə bilməzlər.

Müəllif yazıda soyqırımı ilə əlaqədar İslamabad Strateji Tədqiqatlar İnstitutunda keçiriləcək seminar və "Xocalıya ədalət!” beynəlxalq kampaniyası haqqında da geniş məlumat verir.




banner

Oxşar Xəbərlər