AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Natəvan da fanatları ilə görüşdü

Natəvan da fanatları ilə görüşdü

Mədəniyyət
30 Oktyabr 2013, 17:20 996
Bu gün müğənni Natəvan Həbibi paytaxt restoranlarının birində pərəstişkarlarına stol açıb. Lent.az-ın məlumatına görə, görüşə 1 saat gec, saat 18:00-da gələn müğənnini fanatları alqışlarla qarşılayıblar. Pərəstişkarları müğənniyə gül dəstələri və müxtəlif hədiyyələr bəxş ediblər.

Natəvan Həbibi öz növbəsində görüşün təəssüratları barədə Lent.az-a bunları deyib: “Xeyli müddət idi ki, fanatlarımla görüşmürdüm. Əslində onlar mənim fanatım yox, doğmalarım olublar. Çünki hər bir işdə mənim yanımda olublar. Buna görə də onlara minnətdarlığımı bildirməliyəm. Bu gün bura mənim pərəstişkarlarımdan savayı, tələbələrim də gəlib. Mən inanıram ki, Azərbaycan musiqisinə gözəl səslər bəxş edə biləcəm. Buna inamım böyükdür”.

Xatırladaq ki, ziyafətdə müğənninin fanatlarının hazırladığı rolik də nümayiş olunub.

Qeyd edək ki, sonuncu dəfə müğənni Röya Ayxan oktyabrın 9-da fanatları ilə görüş təşkil etmişdi.