• şənbə, 20 Aprel, 07:42
  • Baku Bakı 14°C

Natavan Həbibi: “Məndən açıq-saçıq geyim gözləməyin“

22.04.14 14:54 2788
Natavan Həbibi: “Məndən açıq-saçıq geyim gözləməyin“
Axşam.az xəbər verir ki, sənətçi “Onlar” verilişinə açıqlamasında açıq-saçıq libaslarla tamaşaçını təəccübləndirmək fikrində olmadığını bildirib:
“İllərdir konsert vermirəm. Buna səbəb xəyalımdakı kimi ab-hava, gözəlliyi yarada bilməmək qorxusu idi. İndi gördüm ki, istədiyim işıq effektlərini tapa bilirəm. Konsertə çox insan dəvət edəcəm. Çünki bu, mənim ilk solo konsertimdir. Mənimlə eyni səhnədə heç bir ulduz müğənni çıxış etməyəcək.
Boşluğumu doldurması üçün heç kimi çağırmamışam. Bircə konsertdə tələbələrim olacaq, onlar çıxış edəcək. Eyni zamanda mənim bekvokalçılarım olacaqlar. Geyimə gəldikdə isə modelyerim mənə uyğun libaslar hazırlayır. Heç kim məndən açıq-saçıqlıq, çimərlik geyimi gözləməsin, olmayacaq”.
banner

Oxşar Xəbərlər