AZE | RUS | ENG |

Natali Marən Filarmoniyanın səhnəsində

Natali Marən Filarmoniyanın səhnəsində
Natali Marənin Azərbaycan Dövlət Akademik Filarmoniyasında konserti Fransız dirijor Xanım Natali Marən 21 aprel 2019-cu il tarixində, "Frankofoniya Həftələri" çərçivəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Radio və Televiziyasının Simfonik Orkestrinə dirijorluq edəcəkdir. Bu konsert Azərbaycanda fransız İnstitutunun və Fransanın Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində təşkil edilir. Bu konsert ilə « Azərbaycanda Frankofoniya Həftələrinə» yekun vurulacaq. Natali Marən karyerasının əsas hissəsini Avropada və Latın Amerikasında keçirmişdir. 2017-ci ildə, o, Turkiyənin Mersin Dövlət Operasının Daimi dirijoru olmuşdur. O, Buenos Ayres, Kann Filarmoniya orkestrləri, Brüssel Filarmoniyası və digər prestijli orkestrlərə dirijorluq etmişdir. Pianino ifaçıları Yeganə Axundova və Səidə Tağızadə Xanım Natali Marənin dirigorluğu ilə orkestri müşayiət edəcəklər. Xanım Natali Marən, Fransanın Azərbaycandakı Səfiri Xanım Orelia Buşez və solistlər, konsertdən əvvəl Filarmoniyanın dəhlizində, bazar günü, 21 apreldə, saat 18:30-da mətbuat nümayəndələri ilə görüşəcəklər.
Ətraflı məlumat üçün : Natali Marən : http://www.nathaliemarin.com/ 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056