AZE | RUS | ENG |

Natali Marən Filarmoniya səhnəsində çıxış etdi - Fotolar

Natali Marən Filarmoniya səhnəsində çıxış etdi - Fotolar
Fransız dirijor xanım Natali Marən aprelin 21-də "Frankofoniya Həftələri” çərçivəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Radio və Televiziyasının Simfonik Orkestrinə dirijorluq etdi. Azərbaycanda Fransız İnstitunun və Fransanın Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində təşkil edilən konsertlə "Frankofoniya Həftələri»nə  yekun vuruldu.   
Konsert öncəsi keçirilən mətbuat konfransında Fransanın Azərbaycandakı səfiri Oreliya Buşez "Frankfoniya Həftələri”nin konsertlə yekunlaşdırmağın onun üçün şərəf olduğunu bildirdi: "Frankfoniya günləri çox uğurlu keçdi və bu həftə çərçivəsində 14 səfirliklə birgə təxminən 10-a yaxın tədbir keçirildi. Bu axşamkı konsert isə Azərbaycanla Fransa əlaqələrini hərtərəfli əhatə edir. İlk dəfədir ki, Azərbaycan Televiziyası və Radiosunun Orkestrinə bir fransız qadın dirijorluq edəcək”.
 
 
 
Səfir fransız dirijor Natali Marən haqqında məlumat verərək "Xanım Natali Marən beynəlxalq karyerası olan dirijordur” deyə bildirdi: "O, bütün qitələrdə operalarda dirijorluq edib. Xanım dirijor karyerasının əsas hissəsini Avropada və Latın Amerikasında keçirib. 2017-ci ildə, o, Türkiyənin Mersin Dövlət Operasının Daimi dirijoru olub. Həmçinin Buenos Ayres, Kann Filarmoniya orkestrləri, Brüssel Filarmoniyası və digər nüfuzlu orkestrlərə dirijorluq edib. Pianino ifaçıları Yeganə Axundova və Səidə Tağızadə xanım Natali Marənin dirijorluğu ilə orkestri müşayiət edəcəklər”. Səfir konsertə partnyorluq edən qurumlara da təşəkkürünü bildirdi: "Partnyorlarsız bu konsert mümkün olmazdı. Ona görə Azərbaycan Mədəniyyət Nazirliyinə, Azərbaycan Dövlət Filarmoniyasına, Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinə və onun orkestrinə təşəkkür edirəm!” 
 
 
Xanım Natali Marən təşkilatçılara minnətdarlıq edərək Bakıda konsertindən məmnunluq duyduğunu dedi: "Ümid edirəm ki, Azərbaycana bir də qayıdacağam”.
Pianino ifaçısı Səidə Tağızadə konsertin böyük uğurla keçəcəyinə inandığını söylədi: "Biz bu konsertə çox hazırlaşmışıq. Hesab edirik bu konsert Azərbaycanla Fransa arasındakı mədəni əlaqələrin inkişafında yeni pillə olacaq”.
 
 
Xalq artisti Yeganə Axunodva bildirdi ki, "Frankfoniya həftəsi” Azərbaycan və Fransanın mədəni əlaqələrinə daha sıx təkan verir. Bakıda bu həftə çərçivəsində gözəl tədbirlər keçdi, Konsert də bu Həftə üçün gözəl bir töhfədir”.
 
 
Konsertdə Hector Berliozun "Beatriç və Venedikt” operasından uvertura, Fransis Pulenkin iki fortepiano və orkestr üçün konserti və Robert Şumanın 4-cü simfoniyası əsərləri yüksək peşəkarlıqla ifa olundu.  
 
Təranə Məhərrəmova
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8952
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1496
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.6853
KWD 1 1 Küveyt dinarı 5.5846
TRY 1 1 Türkiyə lirəsi 0.2775