• cümə axşamı, 25 aprel, 01:23
  • Baku Bakı 19°C

Natali Babbit dünyasını dəyişdi

07.11.16 10:24 1165
Natali Babbit dünyasını dəyişdi
Amerikalı yazar-illustrator, uşaq ədəbiyyatı nümunələrinin tanınmış məsləhətçi-redaktoru Natali Babbit noyabrın 1-də dünyasını dəyişib. Uzun müddətdir ki, ağciyər xərçəngindən əzab çəkən amerikalıların "fərqli və unudulmaz qadın”ının vəfatı sevənləri və yaxınlarının dərin hüznünə səbəb olsa da, əzablardan qurtuluşu üçün Tanrıya təşəkkür edənlər də tapılıb. "Nyu-York Taymz”dan yayılan məlumatda bildirilir ki, Babbitin ölüm xəbərini mətbuata təsdiqləyən 60 illik həyat yoldaşı Samuel Fişer onun Hamdendəki evində dünyasını dəyişdiyini açıqlayıb: "Xəstəxana həyatına özünü öyrəşdirmək istəmədi. Mən də onu bir saatlıq da olsa, əzabları ilə baş-başa qoymaq istəmədim. Onun əzab çəkdiyini görməyə dözmək olmurdu. Yeganə təsəllim onun artıq bütün dünyəvi, fiziki ağrılardan xilas olmasıdır. Bəlkə də keçdiyimiz bu uzun, bir anından belə peşman olmadığım yol üçün ona kifayət qədər təşəkkür edə bilmədim. Çox sağ ol, Nali!”. 84 yaşında həyata gözlərini yuman Natali Babbitin cənab Fişerdən 3 övladı var.
Natali Babbit 1932-ci ildə Ohio ştatında anadan olub. Massaçeuts Universitetində ali təhsili tamamladıqdan sonra Samuel Fişerlə ailə quraraq, Konnektikata yerləşib. Bütün yaradıcılıq yolu da məhz bura ilə bağlıdır. Babbit "Qırx doqquzuncu sehirbaz”, "Həmişəyaşar Tak”, "Dizüstü yüksəliş”, "Şeytanın hekayə kitabı”, "Dadlı şeylər axtarışında”, "Amarillisin gözü”, "Sülhün böyük kitabı”, "Qrimin nağılı” və s. kimi kitabları, yüzlərlə hekayəsi ilə uşaqların dünyasına taxt qurmuş yazar olub. "National Book”, "ALA”, "E.B.White” kimi nüfuzlu ədəbi mükafatların qalibi olmuş xanım Babbit dəfələrlə "The New-York Times” dərgisi tərəfindən "uşaq ədəbiyyatının alternativsiz və mübahisəsiz ən yaxşı yazarı” adına layiq görülüb.
banner

Oxşar Xəbərlər