• cümə axşamı, 28 mart, 12:55
  • Baku Bakı 16°C

Nasizmin qəhrəmanlaşdırılması qəbuledilməzdir - Azərbaycan XİN

11.05.21 15:00 982
Nasizmin qəhrəmanlaşdırılması qəbuledilməzdir - Azərbaycan XİN
Nasizmin qəhrəmanlaşdırılması hər bir halda qəbuledilməzdir.
Trend-in məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, təəssüf ki, Ermənistanda ksenofobiya və radikal millətçiik təzahürləri müşahidə olunur.
"Terror aktlarının törədilməsində adı hallanan şəxslərin qəhrəmanlaşdırılması Ermənistanda aktiv şəkildə aparılır. Ermənistanda ksenofobiya müxtəlif formalarda özünü göstərir. Holokost abidələrinin təhqir olunması bu problemin Ermənistanda nə qədər ciddi olduğunu sübut edir. İnsanlar Ermənistanda bu halların təhlükəsi barədə düşünməlidir".
banner

Oxşar Xəbərlər