• cümə, 19 Aprel, 14:27
  • Baku Bakı 25°C

Nasist kollaborasionistlərinin yeri Tarixin zibilliyindədir

19.05.20 13:25 392
Nasist kollaborasionistlərinin yeri Tarixin zibilliyindədir
Bütün sivil bəşəriyyət nasizmə və onunla bağlı ən ağır cinayətlərə münasibət məsələsində birmənalı və güzəştsiz mövqe tutub: "XX əsrin taunu" sayılan nasizmə heç bir bəraət yoxdur və ola da bilməz!
Lakin bugünkü Ermənistanda baş verən hadisələrin təşviş doğurması nəzərə alınsa, belə çıxır ki, 75 il əvvəl məhv edilmiş "taun" öz əks-sədasını bu əsrdə tapır və elə bir ölkədə təzahür edir ki, onun sakinləri "müstəsna", "istedadlı" və bir növ "Tanrı tərəfindən seçilmiş olmaları" ilə hamıdan çox lovğalanırlar. Heç bir digər ölkədə siyasi rəhbərlik və cəmiyyət milyonlarla azadlıqsevər insanın qanı bahasına devrilmiş şərəfsiz, vecsiz nasizmi bu dərəcədə həyasızcasına və utanmazcasına dirçəltmək, ona bəraət qazandırmaq və sonra da tərifini göylərə qaldırmaq üçün bu qədər səy göstərmir!
Bəlkə də bütün məsələ məhz elə bundadır ki, erməni məddahların bəşəriyyətin sivil təbəqəsinə heç bir aidiyyəti yoxdur və onlar sivil dünyanı mağara vəhşiliyindən ayıran xəttin o biri tayındadırlar.
Uzun illər əvvəl Ermənistan mətbuatında Azərbaycanda ayrı-ayrı qanun pozucularının "qəhrəman kimi qələmə verilməsi" barədə ilk savadsız və əsassız opuslar meydana çıxandaAZƏRTACbu meydanoxuyucu çağırışı cavabsız qoymadı və bir məqaləsi ilə o vaxt durmadan vəngildəyən Levon Məlik-Şahnazaryan başda olmaqla, erməni təbliğat maşınının bütün şərəfsiz tayfasını uzun müddətə boks rinqinin küncünə sıxışdırdı. Gəlin indi həmin nokauta qayıtmayaq, nəzərə alaq ki, məğlub edilmiş opponent artıq çoxdan torpaq qurdlarının yeminə çevrilib. Yalnız bəzi adları xatırlayaq. Onda adları küçə, meydan və metro stansiyalarına verilmiş nasist generalları Drastamat Kanayanın (Dro) və Qaregin Ter-Arutyunyanın (Njde), Kaliforniyada iki türk diplomatını nahara dəvət etmiş, qonaqlar yemək yedikləri anda masadan qalxaraq arxadan onlara "qəhrəmancasına" (lap ermənisayağı şəkildə!) atəş açmış Qurgen Yanikyanın, habelə başqa bir "kişinin" – Berlində Birinci Dünya müharibəsi dövrünün böyük şəxsiyyətinin, Şərqi Anadolunun müsəlman əhalisini qırğından xilas etmiş Tələt paşanın yanından keçərkən dönüb ona arxadan atəş açmış..., - bəli, bəli, yenə də arxadan, - Soqomon Taleyranın adları erməni "bəraətvericilərinin" və "qəhrəman yaradanlarının" sifətinə şapalaq kimi çırpılmışdı!
Ümumiyyətlə, arxadan vurmaq elə bir milli xüsusiyyətdir ki, Yerevan bunu mütləq erməni xalqının "məziyyəti” kimi Bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil etdirməlidir. Əminəm ki, bu məsələdə ermənilərin tayı-bərabəri yoxdur. Bax,AZƏRTAC-ın erməni təbliğat maşını üçün ağrılı olan həmin məqaləsi yuxarıda adları sadalananlarla bərabər, Monte Melkonyan, Varujan Qarabedyan, Ampiq Sasunyan, Akop Akopyan kimi ASALA terrorçularının və digər tör-töküntülərin də Ermənistanda qəhrəman kimi qələmə verildiyini xatırlatmaqla, erməni müəllifləri uzun müddətə susdurmuşdu. Elə susdurmuşdu ki, onların daha deməyə sözləri qalmamışdı.
Bizə elə gəlirdi ki, bəlkə də ermənilər həqiqətən utanıblar. Sən demə, bu, onlardan tamamilə uzaq bir hissdir! Yerevan nəinki həmin obyektlərə verilən şərəfsiz adları dəyişdirmək, bu rüsvayçılıqdan qurtularaq adını təmizə çıxarmaq barədə düşünmədi, üstəlik, vermaxtın tərkibində Erməni legionunun rəhbəri, qatı yaramaz Qaregin Njdeyə illər sonra paytaxtın mərkəzində abidə ucaltmaqla bütün sivil dünyanın ağlını çaşdırdı. Bu, eynən Qızıl meydanda general Vlasova, Brandenburq qapısı qarşısında Yozef Gebbelsə, Parisin mərkəzində Anri Petenə, Brüsseldə Leon Deqrelə, Afinada İoannis Rallisə, Budapeştdə Ferens Salaşyanuya və bu kimi digər şəxslərə abidə ucaltmağa bənzəyir. Bu, son dərəcə rəzil addımın ovaxtkı təşəbbüskarları dünyanın şokdan ayılmasına imkan vermədən tələm-tələsik özlərinə bəraət də düşünüb tapdılar: guya Njde Birinci Dünya müharibəsi illərində erməni millətini "soyqırımı"ndan xilas edib. Bu isə o deməkdir ki, Njde "qəhrəmandır". Biz Njdenin keçmiş "xidmətlərinə" hələ qayıdacağıq, ermənilərin "yaxşı işləri" də olduğu halda, "pis işlərə" diqqət yetirmək nəyə lazımmış" kimi dəlilləri isə ikrah hissi oyadır. Təkrar edim ki, "yaxşı işlər" barədə hələ danışacağıq, lakin sonralar əbədiləşdirilməsi məqsədi ilə "yaxşı işlər" axtararkən, heç olmazsa, bunu xatırlatmağa dəyər ki, Yozef Gebbels klassik musiqini, Hitler isə itləri və pişikləri sevirdi. Axı bunlar çox gözəl xüsusiyyətlərdir, elə deyilmi? Onda gəlin, bu gözəlliklərin və planetimizdə həyatın "qədir-qiymətini bilənlərə" də abidələr ucaldaq.
Əgər Yerevanda bu ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü və "sevimli aşna" statusu onları belə münasibətsiz hərəkətlərdən qoruyacağına ümid edirdilərsə, onda açıq-aşkar görünür ki, orada heç də bütün riskləri qiymətləndirməyiblər. Elə bir neçə il sonra, 2019-cu ilin mayında RF XİN "İrqçiliyin müasir formalarının, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və bunlarla bağlı dözümsüzlüyün eskalasiyasına şərait yaradan nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin və praktikanın digər növlərinin yayılması ilə bağlı vəziyyət haqqında" məruzə təqdim edib. Məruzə RF XİN-in rəsmi saytında yerləşdirilib. (bax:https://www.mid.ru/foreign_policy/humanitarian_cooperation/-/asset_publisher/bB3NYd16m
BFC/content/id/3193903%234). Sənəddə deyilir ki,"...Ermənistanın sabiq hakim Respublika Partiyası barəsində Üçüncü Reyxlə əməkdaşlıq etməsi haqqında informasiya olan Q.Njde kimi millətçi cərəyana məxsus heç də birmənalı olmayan siyasi xadimin xatirəsinin əbədiləşdirilməsi yönümündə addımlar atıb"
Amma Yerevanda onun heykəlinin açılışından əvvəl Moskvada həyəcan təbili çalmağa başlayırlar. 2013-cü ildə Moskvada RF Müdafiə Nazirliyinin Baş Redaksiya Komissiyasının sədri Sergey Şoyqunun redaktəsi ilə 12 cildlik "1941-1945-ci illərin Böyük Vətən müharibəsi" ensiklopediyasının 6-cı cildi çapdan çıxır. "Gizli müharibə: Böyük Vətən müharibəsi illərində kəşfiyyat və əks-kəşfiyyat" adlanan cilddə "Müharibənin həlledici dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti" sərlövhəli məqalə yerləşdirilib. Həmin məqalədən bir sitat gətiririk:"Əks-kəşfiyyatçılar Abverin 114-cü qrupu ("Dromedar") ilə bağlı agentura işi çərçivəsində mühacirətdə olan daşnak ordusunun sabiq generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş Ter-Arutyunyanı üzə çıxarıb və onu həbs ediblər. O, Böyük Vətən müharibəsi illərində Bolqarıstan ərazisində erməni millətindən olan 30-dan çox agent cəlb edib, onların diversant kimi hazırlanmasında və təxribat fəaliyyəti üçün Qızıl Ordunun arxa cəbhəsinə göndərilməsində iştirak edib. SMERŞ əməkdaşları 17 diversantı ələ keçiriblər, onların diversiya-təxribat aktları törətmələrinə yol verməyiblər, qalanları barəsində isə axtarış elan ediblər".
Daha sonra "Nasionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenko Qaregin Njde tərəfindən cəlb olunmuş agentlərin sayı barədə informasiyanı şərh edərkən bu sözləri deyəcək:"Njdenin nasist Almaniyasının xüsusi xidmət orqanları üçün konkret olaraq nə qədər diversant və terrorçu cəlb etməsi barədə məsələnin nəzərdən keçirdiyimiz mövzu kontekstində prinsipial əhəmiyyəti yoxdur. Vacib olan başqa məsələdir – müasir Rusiyada yaxşı bilirlər ki, Njde nasistlərin sadəcə kəşfiyyat-agentura fəaliyyəti üçün deyil, məhz döyüşən Sovet ordusunun arxa cəbhəsində və SSRİ ərazisində diversiya-terror aktları törədilməsi üçün güclü agentura şəbəkəsi yaratmış gizli agenti olub. Bu səbəbdən də Njde nasist kollaborasionisti və cinayətkardır".
Prezident İlham Əliyev 2019-cu ilin oktyabrında MDB ölkələrinin Aşqabad sammitində həmkarlarının diqqətini Ermənistanda cərəyan edən təşvişdoğurucu proseslərə cəlb edib. Daha sonra söz alan Ermənistanın baş naziri, vətən xaininin nəvəsi Nikol Paşinyan Azərbaycan dövlətinin başçısının qaldırdığı sualı "subyektiv interpretasiya" adlandıraraq, xain babasının komandirini müdafiə edib.
Xain babanın dilli-dilavər nəvəsi bu məsələnin Əliyevə qədər əvvəlcə hələ RF-nin Müdafiə Nazirliyi, daha sonra RF XİN tərəfindən (yuxarıda barəsində danışılan sənədlərə bax) qaldırıldığını deməkdən qorxub və həmin strukturları "subyektiv interpretasiya"da qınamağa cəsarət etməyib.
"Elə təəssürat yaranır ki, Hitler bu müharibədə yalnız ikinci dərəcəli rol oynayıb və nasist hərəkatının lideri Qaregin Njde olub",- deyə Nikol Paşinyan düşünmədən cavab verib.
Bilirsiniz, yalnız çox həyasız adam nasistləri tərəzidə çəkib, kimin digərindən daha qatı faşist olduğunu ölçə bilər. Faşist elə faşistdir, "faşistliyin" dərəcəsini ölçən cihaz yoxdur. Paşinyanın məntiqinə görə, Rusiya ermənilərdən nümunə götürüb general Vlasova abidə qoymalıdır, çünki Paşinyanın təbirincə desək, Hitlerlə müqayisədə o, müharibədə "birinci dərəcəli" rol oynamayıb.
Ermənistan baş nazirinin Aşqabadda söylədiyi daha bir fikir də onun düşünmədən danışdığını göstərir:"Həqiqət bundan ibarətdir ki, Njde Ermənistanın Türkiyə tərəfindən işğalına və ermənilərin soyqırımına qarşı mübarizə aparıb".
Əvvələn, o, İkinci Dünya müharibəsində "ermənilərin soyqırımı" dedikdə nəyi nəzərdə tutub? Daha sonra, müharibədə soyqırımının və Holokostun tərəfində iştirak etməklə, soyqırımına qarşı necə mübarizə aparmaq olar? Üçüncüsü, İkinci Dünya müharibəsi illərində "Ermənistanın Türkiyə tərəfindən işğalı"na qarşı mübarizə lap Petrosyansayağı yumora bənzəyir. Madam ki, Njde "Ermənistanın türklər tərəfindən xəyali işğalı"na qarşı mübarizə aparırdı, onda məntiqlə Ermənistanı müdafiə etmək və onun işğalına yol verməmək üçün öz əsgərləri ilə birlikdə dərhal Fəhlə-Kəndli Qızıl Ordusu sıralarına daxil olmalı idi.
Əslində, Njde həqiqətən də Ermənistanın "işğalına" qarşı mübarizə aparıb, amma türklər tərəfindən deyil, Sovet İttifaqı tərəfindən "işğalına". Paşinyan bunu çox gözəl bilir, sadəcə özünü gicliyə qoyub. Türkiyə Ermənistanı işğal edə bilməzdi, çünki o, 1921-ci ildə imzaladığı Moskva müqaviləsinə sadiq idi. Njde Ermənistanın Türkiyə tərəfindən deyil, məhz Sovet İttifaqı tərəfindən işğal edildiyini düşünürdü. Njde Türkiyədən çox SSRİ-yə nifrət edirdi və o, Ermənistan SSR-i sovetsizləşdirmək məqsədi ilə Hitlerin tərəfinə keçmişdi.
Bu faktdır və Njde bunu heç vaxt gizlətməyib. Paşinyan çox gözəl bilirdi ki, nifrət "oxunu" SSRİ-dən Türkiyəyə çevirməklə, həyasızcasına yalan danışır. Lakin Nikol Paşinyanın qorxaq təbiəti onun bütün bunları Aşqabadda MDB-nin iştirakçısı olan dövlətlərin başçılarının yanında deməsinə imkan vermədi, çünki yaxşı bilirdi ki, ona dərhal bunları xatırladacaqlar: məhz sovetləşdirmə Ermənistanın adının tarixdən silinməsinə yol vermədi, onun üçün rüsvayçı olan Aleksandropol (Gümrü) müqaviləsini ləğv etdi, üstəlik, qonşularının on minlərlə kvadratkilometr ərazisini ona bəxş etdi. Baş nazir bu səbəbdən Qaregin Njdenin həzm edə bilmədiyi faktı - Ermənistanın SSRİ-nin tərkibinə daxil olması faktını "Türkiyə tərəfindən işğal" tezisi ilə əvəzlədi.
Nikol Paşinyanın Aşqabaddakı replikası onun bioqrafiyasının ən rüsvayçı səhifələrindən biri idi, lakin rüsvayçılığının son həddi deyildi və o, bu həddə dörd ay sonra Berlində çatdı. Ermənistanın baş naziri bu ilin fevralında Almaniya paytaxtında Fridrix Ebert Fondunda çıxış edərək deyəcək ki, onun ölkəsində"... Njdeni ermənilərin soyqırımını dayandırdığına və 1918-ci ildə erməni dövlətçiliyinin itirilməsinin qarşısını aldığına görə [qiymətləndirirlər]".
Yaxşı, əgər Njde "soyqırımı"nı dayandırıbsa, deməli, etiraf edirlər ki, hər il dünya erməniləri "boş bir hadisənin ildönümünü" qeyd edirlər – axı baş verməmiş və ya dayandırılmış bir hadisənin ildönümü necə qeyd edilə bilər? İkincisi, madam ki, Njde belə qəhrəmandır, onda bəs nə üçün o, iki il yarım sonra, 1920-ci il dekabrın 2-də Ermənistan dövlətçiliyinin itirilməsinin qarşısını ala bilmədi? Əslində, Njde Türkiyəni ilahiləşdirməli idi, çünki o, Ermənistanı darmadağın etdikdən və onunla Aleksandropol müqaviləsini imzaladıqdan sonra, heç olmazsa, gələcəkdə müstəqil dövlət kimi mövcud olmasına müəyyən şans verdi, halbuki Qızıl Ordu erməniləri dövlətçiliklərindən tamamilə məhrum etdi. Nə etməli, Paşinyanın məsələnin faktlarla bağlı tərəfi ilə əsla arası yoxdur!
Lakin bu da hamısı deyil. Paşinyan sovet marşalı, Azərbaycanda doğulmuş İvan Baqramyanı Hitlerin əlaltısı ilə bir pilləyə qoyub."Yerevanda Njdenin abidəsi ilə yanaşı, Ermənistan-Türkiyə müharibəsinin digər iştirakçısı – marşal Baqramyanın abidəsi var. Ermənilər onları erməni tarixində oynadıqları rola görə qiymətləndirirlər",- deyə o bildirib.
Baqramyan, eləcə də onun karyerasının bəzi səhifələri ayrıca söhbətin mövzusudur. Məsələn, o, "erməni burjua ordusunda" xidmət etdiyinə görə 1937-ci ildə edam edilmiş bir çox sovet generallarının aqibətini yaşamağa çox yaxın idi, lakin o vaxt yaxın dostu Anastas Mikoyan onu güllələnməkdən xilas etdi. Xilas etdi ki, sonralar o, əvvəlcə Kiyev strateji müdafiə əməliyyatında, sonra isə Qızıl Ordu üçün faciəli olan Xarkov əməliyyatında yüz minlərlə sovet əsgərini tələf etsin. Bu dəfə G.Jukovun ona zamin durması sayəsində güllələnmədən xilas oldu.
İ.V.Stalinin Cənub-Qərb cəbhəsinin komandanlığına 1942-ci il 26 iyun tarixli şəxsi məktubunda deyilirdi:"Biz - Müdafiə Komitəsinin üzvləri və Baş Qərargahdan olanlar burada, Moskvada yoldaş Baqramyanı Cənub-Qərb cəbhəsinin qərargah rəisi vəzifəsindən kənarlaşdırmağı qərara aldıq. Yoldaş Baqramyan Baş Qərargahı nəinki ordulararası ƏLAQƏ və RƏHBƏRLİYİ möhkəmləndirməli olan qərargah rəisi kimi, hətta cəbhədəki vəziyyət barədə Baş Qərargaha doğru-dürüst məlumat verməyə borclu olan sadə informator kimi də qane etmir. Üstəlik, yoldaş Baqramyan Cənub-Qərb cəbhəsində baş vermiş faciədən də ibrət dərsi götürə bilməyib. Cənub-Qərb cəbhəsi yarıyadək qalib gəldiyimiz Xarkov əməliyyatını öz yelbeyinliyi səbəbindən hansısa üç həftə ərzində nəinki uduzub, həm də 10-20 diviziyanın düşmənin əlinə keçməsinə rəvac verib. Bu faciə dəymiş ziyanın miqyasına görə eynən Rennenkampfın və Samsonovun Şərqi Prussiyada üzləşdikləri faciəyə bərabər tutula bilər. Baqramyan istəsəydi, bütün bu baş verənlərdən ibrət dərsi götürüb nəyisə öyrənə bilərdi. Təəssüf ki, hələlik bu, görünmür. Qərargahla ordular arasında əlaqə faciədən əvvəl olduğu kimi qeyri-qənaətbəxşdir, informasiya isə keyfiyyətsizdir..."
Sonra Stalin Baqramyanı 28-ci ordunun komandanı təyin edib və o, öz "qəhrəmanlığını" yeni vəzifəsində davam etdirib: 1942-ci il iyulun 7-də Rossoş şəhərini döyüşsüz tərk etmək əmrini verib. Bundan sonra Baş Qərargahda onun hərbi tribunala cəlb edilməsi barədə yenidən düşünməyə başlayıblar. Bu dəfə də onu G.K.Jukov xilas edib.
Baqramyan barəsində başqa bir epizod da məlumdur: onun komandanlıq etdiyi diviziyalar Riqa körfəzinə çıxanda, marşal sevinc içində şüşə qabı dəniz suyu ilə dolduraraq bu şad xəbəri çatdırmaq üçün həmin qabı adyutantı ilə Baş Qərargaha göndərib. Lakin adyutant gedib Kremlə çatan zaman qazanılmış mövqelər artıq itirilib və adyutant da bundan xəbərsiz olub. Stalin şüşəni əlində ora-bura fırladaraq Baqramyanın elçisinə deyib:"Baqramyana de ki, bu suyu haradan doldurubsa, oraya da boşaltsın".
Amma gəlin fikrimizi yayındırmayaq. Əlbəttə, Baqramyanın səhvləri olub, lakin sonralar o, Sovet xalqının faşizm üzərində ümumi Qələbəsinə böyük töhfə verib, Njde isə əlindən gələni edib ki, bu Qələbə xalqımıza mümkün qədər baha başa gəlsin. Lakin Paşinyan Njdeyə bəraət qazandırıb deyəndə ki, o, Baqramyanla birlikdə türk-erməni savaşında döyüşüb, onda, əvvələn, "müharibə" dedikdə, Zəngəzurda silahsız dinc Azərbaycan əhalisinin amansızcasına qırıldığını ört-basdır edir, ikincisi, keçmiş "xidmətlərin" sonrakı cinayətlərə necə haqq qazandıra biləcəyi məsələsinə aydınlıq gətirmir. Axı elə həmin Andrey Vlasov da xain doğulmayıb, amma xainə çevrilib! Vlasov 1942-ci ildə əsir düşənə qədər həqiqətən faşistlərə qarşı qəhrəmancasına döyüşüb, lakin bu, onun satqınlığına əsla bəraət qazandırmır və onun üçün Moskvanın mərkəzində heykəl ucaldılmasına əsas vermir. (bax:https://ru.wikipedia.org/wiki/Список_лиц,_лишённых_звания_Героя_Советского_Союза). Törətdikləri cinayətlərə görə müharibədən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adından məhrum edilmiş şəxslərin siyahısı internetdə var. Elələri olub ki, qəhrəmanlıq göstərib Sovet İttifaqı Qəhrəmanı adına layiq görüləndən sonra əsir düşüblər və faşistlərlə əməkdaşlığa başlayıblar. Elələrinin də adları məlumdur ki, əvvəlcə polisay olub, partizanların və dinc əhalinin edamında iştirak ediblər, işğal olunmuş ərazilər azad ediləndən sonra isə öz cinayətkar keçmişini gizlədərək Qızıl Ordu sıralarına qatılıblar və hətta qəhrəmanlıq göstəriblər. Artıq ifşa olunandan sonra Sovet İttifaqı Qəhrəmanı adından məhrum ediliblər və labüddən məsuliyyətə cəlb olunublar. Atalar yaxşı deyib: "Bir qotur dana bir naxırı korlayar”, həqiqətən bir dəstə vətən xaini sovet xalqının Qələbəyə ümumi töhfəsinə kölgə salıb. Onlar artıq qəhrəman hesab edilə bilməzdilər və siz bu gün heç yerdə onların abidəsini tapa bilməzsiniz! Buna görə də Paşinyanın faşist Njdeyə abidə ucaldılmasına İkinci Dünya müharibəsindən 20 il əvvəl onun guya Türkiyəyə qarşı "qəhrəmancasına" döyüşməsi ilə haqq qazandırması insanları ələ salmaq və Vətən yolunda canından keçmiş 27 milyon sovet vətəndaşının sümükləri üzərindən yallı getmək deməkdir. Bu həyasızlığına görə Ermənistanın bütün rəhbərliyinə ar olsun!
Vətən xaininin nəvəsi Nikol Paşinyanın "əks-hücuma" keçərək Azərbaycanı .... "nasistləri qəhrəman kimi qələmə verməkdə" ittiham etməsi cəhdi isə onun səfehliyinin zirvəsi olacaq. Yox, siz əsla yanlış eşitməmisiniz! Ermənistanın baş naziri Berlində elə həmin çıxışında deyib: "Azərbaycanlılar Njde mövzusu ilə tez-tez spekulyasiya etməyi sevirlər. Lakin Rəsulzadə familiyalı bir şəxsi xatırlatmaq istəyirəm. O, Üçüncü Reyxin nasist ordusunun dəstə komandiri (orfoqrafiya saxlanılıb –AZƏRTAC-ın qeydi) olub və bu gün Bakıda onun abidəsi qoyulub, Azərbaycan paytaxtındakı küçələrdən birinə onun adı verilib".
Bundan böyük cəfəngiyatı təsəvvürə gətirmək belə çətindir! Əvvələn, dünyada nüfuzu olan və özünə hörmət edən siyasətçi həmişə öz sözlərinin ağası olmalıdır. Dedinsə, dediyin sözlərin məsuliyyətini daşı. Qoy indi Paşinyan Rəsulzadənin abidəsinin şəhərin məhz hansı hissəsində yerləşməsi barədə bakılılara məlumat versin. Qoy ona və onun məlumatsız suflyorlarına məlum olsun ki, bu xadimin Bakıda abidəsi yoxdur və heç vaxt da olmayıb. İslam dünyasında ilk dünyəvi demokratik cümhuriyyətin banisinin büstü Rəsulzadənin doğma kəndində - Novxanıda qoyulub. Bu, işin faktoloji tərəfidir və gördüyümüz kimi, Paşinyanın faktlarla arası yoxdur. İkincisi, mülki şəxs Rəsulzadə heç vaxt "Üçüncü Reyxin nasist ordusunun dəstə komandiri" olmayıb. 1930-cu illərdə mühacirətdə yaşayan Rəsulzadənin İmperiyanın xarici siyasət idarəsinin Şərq şöbəsinin orta səviyyəli alman məmurları ilə həqiqətən bir neçə görüşü olub, lakin xüsusi qeyd edilməlidir ki, əlaqə yaratmaq təşəbbüsü məhz Almaniya tərəfindən gəlib.
Rəsulzadənin görüşdüyü ən yüksək mövqeli şəxs Almaniyanın sabiq səfiri olub. Almaniya tərəfi Rəsulzadə ilə əlaqə yaratmaq təşəbbüsünü irəli sürməklə, mümkün əməkdaşlıq üçün zəmin hazırlamağa çalışırdı, Rəsulzadə isə bu görüşlərə Almaniyanın Azərbaycana dair əsil niyyətini özü üçün aydınlaşdırmaq məqsədilə gedirdi. Lakin tezliklə məlum oldu ki, Almaniya tərəfinin ümidləri doğrula bilməz və tərəflər müxtəlif dillərdə danışırlar. Rəsulzadəni Azərbaycanın bir dövlətin tabeliyindən digər dövlətin əsarətinə keçməsi deyil, yalnız müstəqil olması maraqlandırırdı. Almanlar isə bunu vəd edə bilmirdilər. "Azərbaycan xalqını kommunizmdən xilas etmək niyyətinin əsla Azərbaycan xalqının ümumi azadlığına gətirib çıxarmayacağına" (Rəsulzadənin öz sözləridir) əmin olan Rəsulzadə nasistlərin əməkdaşlıq təklifini qətiyyətlə rədd edir, bu görüşləri dayandırır, Almaniyadan uzaqlaşır, çünki azərbaycanlılara bir əsarətin digəri ilə əvəzlənməsi (fərqi nədir: ya Keçəl Həsən, ya Həsən Keçəl) üçün döyüşmək təklif olunurdu. Üstəlik, Berlində Rəsulzadəyə daha ümidverici şəxs kimi baxmır, onu danışıqlar üçün arzuolunmaz şəxs hesab edirdilər. Odur ki, onlar da görüşlərdən imtina edirlər. Bundan sonra, 1943-cü ildə Rəsulzadə əvvəlcə Rumıniyaya, oradan isə Türkiyəyə gedir.
Hitlerə məmnuniyyətlə xidmət etmiş və vermaxtın tərkibində Erməni legionuna başçılıq etmiş Njde və Drodan fərqli olaraq, Məmməd Əmin Rəsulzadə nəinki nasistlərin tərəfində döyüşməyib, hətta onlarla əməkdaşlıq etməyib!
Bu təkzibedilməz faktlar fonunda Paşinyanın"Rəsulzadə Üçüncü Reyxin nasist ordusu dəstəsinə komandirlik edib"sözləri Ermənistanın baş nazirinin "mövzuya nə dərəcədə bələd olduğunu" əyani şəkildə nümayiş etdirir. Paşinyan ermənilərin mif yaradıcılığı üçün adi olan boşboğazlıqdansa, faktlarla tanış olsaydı, başa düşərdi ki, Rəsulzadə Tarix qarşısında tərtəmizdir və o, nasistlərə rədd cavabı verməklə, faktiki olaraq öz həyatını riskə qoyaraq qəhrəmanlıq edib. Özü də o, bunu Berlində olarkən edib. Bakıda abidəsi olmasa da, Dro və Njdedən fərqli olaraq, tarixə böyük şəxsiyyət kimi daxil olub və o, Bakıda abidə ucaldılmağa tamamilə layiq olan şəxsiyyətdir! Vətən xaininin nəvəsi nasistlərlə əməkdaşlığa razılıq vermiş adamla nasistlərə rədd cavabı vermiş şəxsiyyəti müqayisə etməyə necə cəsarət edir?! Gərək nə dərəcədə mənəvi cəhətdən kor olasan ki, hökumətin başçısı ola-ola, faktlara əsaslanmayan səfeh sözlərinlə açıqdan-açığa gülüş mənbəyinə çevriləsən!
Nasistlərin "A” ordu qrupunun 17-ci ordusunun tərkibində yaratdıqları 804 nömrəli Azərbaycan batalyonuna isə Əbdürrəhman Fətəlibəyli-Düdənginski başçılıq edib, erməni həmkarları Njde və Drodan fərqli olaraq, o, Azərbaycanda heç vaxt qəhrəman kimi qələmə verilməyib və 1954-cü ildə Münxendə çekistlərin xüsusi əməliyyatı gedişində öldürülüb. Qoy Paşinyan, heç olmazsa, düşünsün: Berlindəki rüsvayçı çıxışında dediyi kimi, əgər Rəsulzadə "Üçüncü Reyxin nasist ordusunun dəstə komandiri idisə, onda nə üçün ona nə Nürnberq tribunalı maraq göstərib, nə də gizlənmiş nasist əlaltılarını ələ keçirməyə çalışan sovet xüsusi xidmət orqanları? Nə üçün RF XİN-in yuxarıda sözügedən sənədində Qaregin Njdenin adı açıq göstərilir, Rəsulzadənin adı isə nəinki xatırlanmır, hətta Azərbaycanda nasizmə bəraət qazandırılması cəhdləri barədə bir kəlmə də yoxdur. Cavab verin, Nikol, nə üçün Njdenin adı xatırlanır, amma Rəsulzadənin adı çəkilmir? Nə üçün Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova ermənilərin REQNUM agentliyinin "Azərbaycanda Hitler kollaborasionisti Məmməd Əmin Rəsulzadənin abidəsinin qoyulması" barədə sualını dinlədikdən sonra Akopyan-Kolerov agentliyinin bu sualını açıq-aşkar fitnəkar xarakterli sual adlandırıb və son dərəcə aydın şəkildə deyib:"REQNUM" Rusiyanın bu abidələrə dair mövqeyinə son 15 il ərzində nə vaxtsa maraq göstəribmi? Nə üçün agentliyin İkinci Dünya müharibəsinin tarixi ilə bağlı abidələrə marağı Azərbaycan-Ermənistan münasibətləri kontekstində yaranır?".Bu ona görə deyilmi ki, Moskva kimin nasist tör-töküntüsü olduğunu, kimin öz şərəfli adını qoruyub saxladığını erməni məddahlarından daha yaxşı bilir? Bu ona görə deyilmi ki, aralarında yerlə-göy qədər fərq olan iki şəxsiyyətin REQNUM agentliyi tərəfindən bərabər tutulması Rusiya XİN-i hiddətləndirib? Axı Smolensk meydanı məhz bu məsələyə yanaşmadan danışarkən, diqqəti bu yanaşmaları və deməli, Rəsulzadənin adı ətrafında bütün konsepsiyanı və faktologiyanı agentliyin bilməməsinə cəlb edərək, əslində, erməni təbliğat maşınının rusiyalı lobbiçilərini haqlı olaraq alçaldıb. Bu da RF XİN-in parlaq və çox sərrast cavabı olub, amma heç də təəccüblü deyil ki, bu cavab Yerevanda eşidilməyib.
Odur ki, bizdən sizə yaxşı məsləhət, Nikol: cinayətkarları pisləyin və bu rüsvayçılıqdan mümkün qədər tez təmizlənin! Qaregin Njdenin, Drastamat Kanayanın, babanız Nikol Paşinyanın, ASALA terrorçularının və türk diplomatlarının qorxaq qatillərinin yeri Tarixin zibilliyindədir. Sizin heç bir saxtalaşdırılmış replikanız, fərqi yoxdur, istər Aşqabadda, istər Berlində, yaxud hər hansı başqa kürsüdən və ya REQNUM-dakı boşqab yalayanlarınız tərəfindən səslənmiş olsun, Tarixin bu tör-töküntülərinə bəraət qazandıra bilməz. Siz bunu nə qədər tez anlasanız, gələcəkdə bir o qədər az gülünc vəziyyətə düşüb rüsvay olarsınız.
Əlbəttə, əgər bu, sizin üçün əhəmiyyətlidirsə.
banner

Oxşar Xəbərlər