AZE | RUS | ENG |

NASA kosmosda ilk cinayət işi ilə bağlı təhqiqat aparır

NASA kosmosda ilk cinayət işi ilə bağlı təhqiqat aparır
ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) kosmosda baş verdiyi iddia olunan ilk cinayət işi ilə bağlı təhqiqat aparır. AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, amerikalı qadın astronavta qarşı Beynəlxalq Kosmik Stansiyada olduğu müddətdə - kosmik fəzada keçmiş ərinin bank hesabından pul qəbul etməsi ilə bağlı ittiham irəli sürülüb.
New York Times qəzetinin yazdığına görə, astronavt Enn Makkleyn Beynəlxalq Kosmik Stansiyada olduğu müddətdə pul köçürməsi aldığını təsdiq edib, lakin bunun cinayət olmadığını bildirib. Onun keçmiş həyat yoldaşı isə ABŞ-ın Federal Ticarət Komissiyasına şikayət edib. Astronavtın vəkili isə bildirib ki, onun ailə üzvlərinin pul vəsaitinin köçürülməsi ilə bağlı etibarnaməsi olub və burada heç bir cinayət yoxdur. O, Makkleynin istintaq ilə də əməkdaşlıq etdiyini əlavə edib.
Bu iddialarla bağlı NASA-nın tərkibindəki xüsusi təhqiqat komissiyasının araşdırma apardığı bildirilir. Digər tərəfdən, hüquqşünaslar bir şəxsin kosmosda cinayət törətməsi ilə bağlı ilk halla qarşılaşıblar və bu halın hüquqi məsuliyyəti üzrə mübahisələr aparırlar.
Qeyd olunur ki, Enn Makkleyn ABŞ Hərbi Hava Qüvvələrinin ən təcrübəli pilotlarından biridir və bu qadın İraq müharibəsində 800 döyüş saatı keçirib. O, 2013-cü ildə NASA-da təlimlərə cəlb olunub və kosmik missiyanın tərkibində Beynəlxalq Kosmik Stansiyanın Amerika seqmentinə göndərilib.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8825
GEL 1 1 Gürcüstan larisi 0.5737
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1197
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1768
CHF 1 1 İsveçrə frankı 1.72
KWD 1 1 Küveyt dinarı 5.5941
TRY 1 1 Türkiyə lirəsi 0.2964