• cümə axşamı, 18 aprel, 17:48
  • Baku Bakı 22°C

Narkotik vasitələrin satışı ilə məşğul olan Balaxanı sakini saxlanılıb

07.08.18 18:00 922
Narkotik vasitələrin satışı ilə məşğul olan Balaxanı sakini saxlanılıb
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan Sabunçu rayonunun Balaxanı qəsəbəsi sakini Emin Əliyev saxlanılıb.
DİN-in mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, onun üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman 23,631 qram heroin, metadon həbləri, 12,104 qram psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində bir müddətdir ki, yaşadığı Balaxanıda narkotik maddələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
banner

Oxşar Xəbərlər