• cümə, 19 Aprel, 23:53
  • Baku Bakı 24°C

Narkotik tərkibli bitkilər barədə metodiki-tədris vasitələri hazırlanır

31.05.20 13:15 487
Narkotik tərkibli bitkilər barədə metodiki-tədris vasitələri hazırlanır
Narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə dövlətimiz qarşısında duran ən vacib məsələlərdən biridir. Bu fikir AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynovanın "Narkomaniya bütün pandemiyalardan daha təhlükəlidir” adlı məqaləsində yer alıb.
İnstitutdanAZƏRTAC-a bildirilib ki, məqalədə bəzi narkotik bitkilər, onların müxtəlifliyi, insan orqanizminə təsiri, törətdiyi fəsadlar haqqında ətraflı məlumat verilib. Akademik bildirib ki, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin institutlarında narkotik tərkibli bitkilər və onlardan istifadə barədə zəruri metodiki-tədris vasitələri hazırlanması və internet resurslarında yerləşdirilməsi üzərində iş aparılır.
İ.Hüseynova akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda narkotik asılılığın öyrənilməsinin elmi müəssisənin mövzu planlarında və layihə işlərində önəmli yer tutduğunu söyləyib. O, bu sahədə aparılan işləri ətraflı şərh edərək üzərində tədqiqatlar aparılan preparatların narkotik asılılığın aradan qaldırılmasına kömək edəcəyinə əmin olduğunu bildirib.
banner

Oxşar Xəbərlər