• cümə, 29 Mart, 03:38
  • Baku Bakı 7°C

Narkotik becərən şəxs həbs edildi

08.05.13 17:53 1713
Narkotik becərən şəxs həbs edildi
Balakəndə narkotik vasitələrin xüsusi kultivasiya yolu ilə becərilməsi ilə məşğul olan şəxs həbs edilib.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdiyi əməliyyat tədbirləri çərçivəsində rayonun Talalar kənd sakini, 1981-ci il təvəllüdlü Şabanov Bəhruz Ramiz oğlunun istifadəsində olan pay torpağına baxış keçirilib.
Baxış zamanı həmin ərazidə 7 ədəd müxtəlif ölçülərdə istixananın içərisində xüsusi kultivasiya yolu ilə becərilmiş çətənə bitkisi aşkar edilib. İstixanalardan ümumi çəkisi 800 kiloqram olan 859 ədəd çətənə bitkisi götürülərək istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər