• cümə, 19 Aprel, 16:06
  • Baku Bakı 25°C

Narkomaniya qarşı mübarizə tədbirləri çərçivəsində tələbələrlə görüş keçirib

25.11.16 19:18 1181
Narkomaniya qarşı mübarizə tədbirləri çərçivəsində tələbələrlə görüş keçirib
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Texniki Universitetində (AzTU) tələbələrlə görüş keçirilib. AzTU mətbuat xidmətindən "Kaspi”yə bildirilib ki, görüşdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komisiyasının, Təhsil, Daxili İşlər və Səhiyyə Nazirliklərinin nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan AzTU-nun prorektoru, professor İsa Xəlilov gənclərlə bu cür görüşlərin əhəmiyyətindən danışıb. Prorektor bildirib ki, ali təhsil müəssisələrində mütamadi olaraq belə tədbirlərin keçirməsi gənclərin sağlam cəmiyyətə inteqrasiya etməsində mühüm addımdır. Sağlam, savadlı və zərərli vərdişlərdən uzaq gənclik yetişdirmək dövlət siyasətinin əsasını təşkil edir deyən İsa Xəlilov Azərbaycan Texniki Universitetində təhsil alan tələbələrin bu istiqamətdə gördüyü işlərdən, vacib layihələrdən söz açıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məsul işçiləri Vasif Quliyev və Raqib Allahverdiyev çıxışlarında qeyd ediblər ki, narkotik kimi zərərli vərdişlər gündəmi narahat edən problemlərdən başlıcasıdır. Narkotik aludəçiləri, habelə bununla bağlı cinayət törədənlərə qarşı Daxili İşlər Nazirliyinin lazımi tədbirlər gördüyünü diqqətə çatdırıblar.

Daxili İşlər Nazirliyinin əməkdaşı palkovnik-leytnant Elşad Məmmədli narkotik madələrə aludəçilik və qanunsuz dövriyəsinin Azərbaycanda digər ölkələrlə müqayisədə xeyli az olduğunu deyib. Palkovnik-leytnant bildirib ki, bunula belə mübarizə tədbirləri intensiv şəkildə həyata keçirilir.

Səhiyə və Təhsil Nazirliklərinin nümayəndələri də bu sahədəki mövcud vəziyyətə diqqət çəkərək gedikcə müsbət tendensiya baş verdiyini qeyd ediblər. Təhsil Nazirliyinin baş məsləhətçisi Elnur Əlizadə bildirib ki, təbliğat işi bu məsələdə çox vacibdi. Buna görə də Təhsil Nazirliyinin bu cür layihələrə hər zaman dəstək verəcəyi vurğulanıb.

Sonda toplantıda iştirak edən tələbələrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanan film nümaiş olunub, zəruri təbliğat materialları paylanılanılıb.




banner

Oxşar Xəbərlər