AZE | RUS | ENG |

“Nar” gənclərə uğurlu karyera qurmaları üçün fürsət yaradıb

“Nar” gənclərə uğurlu karyera qurmaları üçün fürsət yaradıb
"Nar” Baku City Circuit (BCC) Akademiyası və Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") birgə təşkil etdiyi karyera sərgisində iştirak edib. "Geniş imkanlara kiçik addımlarla” devizi altında keçirilən sərgidə mobil operator məhsulların inkişafı, kommersiya hasabatları, qrafik dizayneri, regional satış və digər vakant vəzifələrə sənəd qəbulu təşkil edib. 40-a yaxın şirkətin də iştirak etdiyi sərgidə "Nar” stendinə maraq böyük olub. Stend ziyarətçiləri "Nar”ın yay təcrübə proqramlarında iştirak barədə məlumat əldə etdilər. Oktyabrın 5-də keçirilmiş sərgini 900-dən çox ziyarətçisi olub.

Xatırladaq ki, daha öncə ADA Universitetində keçirilmiş tələbələr üçün əmək yarmarkasında "Nar” operatoru "Ən yaxşı işəgötürən şirkət” mükafatına layiq görülüb.

Mobil operatorun həyata keçirdiyi layihələr haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 2007-ci il martın 21-də fəaliyyətə başlayaraq, qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93 faizini əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9230
GEL 1 1 Gürcüstan larisi 0.6378
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1390
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.7036
KWD 1 1 Küveyt dinarı 5.5847
TRY 1 1 Türkiyə lirəsi 0.3162