AZE | RUS | ENG |

“Nar” gənc şahmatçılara dəstək olur

“Nar” gənc şahmatçılara dəstək olur
Uşaqların məntiqi təfəkkürünün inkişafına töhfə vermək məqsədilə "Nar” iyulun 2-dən 10-dək Bakıda baş tutan Şahmat üzrə Bakı yay festivalı çərçivəsində keçiriləcək uşaq turnirinə dəstək olur. Qeyd edək ki, turnirə 74 şahmatçı qeydiyyata alınıb. Yeddi tur İsveçrə sistemi üzrə yarışın nəticələrinə görə, qaliblər həm pul mükafatı, həm də "Nar”dan xüsusi mükafatlar qazanacaqlar.
Festivalda şahmatçılar 5 müxtəlif turnirdə mübarizə aparacaqlar. "Bakı yay festivalı” çərçivəsində Azərbaycanda ilk dəfə beynəlxalq qrossmeyster və beynəlxalq usta normalı paralel yarışlar da keçiriləcək. Yarışda 14 Azərbaycan və Gürcüstan, İran, Türkiyə, Rusiya, İraq ve Belarusiyadan da daxil olmaqla, 10 xarici şahmatçı iştirak edəcək. Start siyahıda 6 qrossmeyster, 4 beynəlxalq usta və 9 FIDE ustası yer alıb.
"Nar” gənclərə və idmana yönəlik korporativ sosial məsuliyyət (KSM) strategiyasına uyğun olaraq, müxtəlif sosial layihələr həyata keçirir. "Nar”ın KSM strategiyası haqqında daha ətraflı www.nar.az saytından əldə edə bilərsiniz.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8739
GEL 1 1 Gürcüstan larisi 0.5724
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1224
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1753
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.5963
TRY 1 1 Türkiyə lirəsi 0.2962